https://sputnik.az/20220531/bu-gun-umumdunya-tutunle-mubarize-gunudur-442370313.html
Bu gün Ümumdünya Tütünlə Mübarizə Günüdür
Bu gün Ümumdünya Tütünlə Mübarizə Günüdür
Sputnik Azərbaycan
Tütün qurbanı olan şxəslərin 800 min nəfərindən çoxu passiv siqaret istifadəçiləridir. 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T22:30+0400
2022-05-31T22:30+0400
2022-05-31T22:30+0400
tütün
azərbaycan xəbərləri
mübarizə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42288/42/422884215_0:255:3017:1952_1920x0_80_0_0_0acb4415a8c02c81394ef5a5a9be9cb7.jpg
BAKI, 31 may — Sputnik. Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir.Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında bu günün təsis olunmasında məqsəd tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə diqqət yönəltmək, dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırmaqdır.Statistikaya görə, hər il dünyada təxminən 8 milyon şəxs tütünün qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv siqaret istifadəçiləridir.Azərbaycandakı vəziyyətə nəzər salaq:2017-ci il dekabrın 1-də ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qəbul edilməsi və son illər onun icrası sahəsində görülən ardıcıl tədbirlər əhalinin sağlamlığının qorunması istiqamətində çox mühüm addımdır.Statistik rəqəmlər nə deyir?Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ötən il ərzində ölkəyə 90 909.21 min ABŞ dolları dəyərində tütün və tütün məhsulları idxal edilib ki, bunun da ümumi idxalda payı 0.78 faiz olub.Həmçinin 764.2 min ABŞ dolları dəyərində 584.2 ton tütün xammalı, orta damarcığı çıxarılmayan tütün idxal edilib. Tütün tullantılarına gəldikdə, ötən il ərzində 9.63 min ABŞ dolları dəyərində 16.06 ton tütün tullantıları idxal edilib.Qeyd olunan dövrdə 222.38 min ABŞ dolları dəyərində 0.29 milyon ədəd tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və nazik siqarlar idxal edilib. O cümlədən, 147 29.71 min ABŞ dolları dəyərində 722.09 milyon ədəd tərkibində tütün olan siqaret idxal edilib."Tradingeconomics"in Dünya Bankının mənbələrinə istinadən açıqladığı rəqəmlərə görə, Azərbaycanda kişilər arasında tütündən istifadə 47,9%-dir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42288/42/422884215_171:0:2902:2048_1920x0_80_0_0_533eb10e5a874a0d96af1db8931b3a5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tütün, mübarizə, azərbaycan
tütün, mübarizə, azərbaycan
Bu gün Ümumdünya Tütünlə Mübarizə Günüdür
Tütün qurbanı olan şxəslərin 800 min nəfərindən çoxu passiv siqaret istifadəçiləridir.
BAKI, 31 may — Sputnik. Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir.
Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında bu günün təsis olunmasında məqsəd tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə diqqət yönəltmək, dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırmaqdır.
Statistikaya görə, hər il dünyada təxminən 8 milyon şəxs tütünün qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv siqaret istifadəçiləridir.
Azərbaycandakı vəziyyətə nəzər salaq:
2017-ci il dekabrın 1-də ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qəbul edilməsi və son illər onun icrası sahəsində görülən ardıcıl tədbirlər əhalinin sağlamlığının qorunması istiqamətində çox mühüm addımdır.
Statistik rəqəmlər nə deyir?
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ötən il ərzində ölkəyə 90 909.21 min ABŞ dolları dəyərində tütün və tütün məhsulları idxal edilib ki, bunun da ümumi idxalda payı 0.78 faiz olub.
Həmçinin 764.2 min ABŞ dolları dəyərində 584.2 ton tütün xammalı, orta damarcığı çıxarılmayan tütün idxal edilib. Tütün tullantılarına gəldikdə, ötən il ərzində 9.63 min ABŞ dolları dəyərində 16.06 ton tütün tullantıları idxal edilib.
Qeyd olunan dövrdə 222.38 min ABŞ dolları dəyərində 0.29 milyon ədəd tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və nazik siqarlar idxal edilib. O cümlədən, 147 29.71 min ABŞ dolları dəyərində 722.09 milyon ədəd tərkibində tütün olan siqaret idxal edilib.
"Tradingeconomics"in Dünya Bankının mənbələrinə istinadən açıqladığı rəqəmlərə görə, Azərbaycanda kişilər arasında tütündən istifadə 47,9%-dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.