SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Britaniya səfiri: Bakı və Yerevana sülh sazişinin imzalanması üçün dəstək verməyə hazırıq

© Official website of President of Azerbaijan RepublicBritaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib ki, minaların təmizlənməsi prosesi hələ də davam edir və bu məsələdə Azərbaycana dərhal yardım göstəriblər.
BAKI, 31 may — Sputnik. London Bakı və Yerevan arasında sülh sazişinin imzalanmasına dəstək verməyə hazırdır.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Kəlbəcərə səfəri zamanı bildirib.
Böyük Britaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır.
Bunu Kəlbəcərdə diplomatik korpusun tərkibində səfərdə olan Böyük Britaniya səfiri Ceyms Şarp Trend-in sualını cavablandırarkən deyib.
"Minaların təmizlənməsi prosesi hələ də davam edir. Böyük Britaniya bu məsələdə Azərbaycana dərhal yardım göstərdi. Biz BMT-nin İnkişaf Proqramına maliyyə və Azərbaycan Minatəmizləmə Agentliyinə texniki kömək təqdim etmişik. Bir sıra Britaniya şirkətləri bunun üzərində işləyir", - səfir deyib.
Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.
Səfərin məqsədi diplomatları Ermənistanın 30 il ərzində işğal edilmiş Azərbaycan ərazilərində törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır.
Diplomatik korpusun nümayəndələri Kəlbəcərə səfər zamanı Qarabağda su elektrik stansiyalarının bərpası ilə bağlı aparılan işlərlə tanış olublar.
Kəlbəcər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Xarici diplomatlar Kəlbəcərə səfər edib
Xəbər lenti
0