https://sputnik.az/20220531/azerbaycana-en-cox-turist-hansi-olkeden-gelib-442386769.html
Azərbaycana ən çox turist hansı ölkədən gəlib?
Azərbaycana ən çox turist hansı ölkədən gəlib?
Sputnik Azərbaycan
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının da sayı artıb. Bəs, ölkə vətəndaşları ən çox haraya üz tutublar? 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T22:44+0400
2022-05-31T22:44+0400
2022-05-31T23:04+0400
turist
iqtisadiyyat
azərbaycan
ölkə
https://cdnn1.img.sputnik.az/img/40827/91/408279157_0:0:2500:1407_1920x0_80_0_0_af67872901ba3ff4b59128b4bd19b3ed.jpg
BAKI, 31 may — Sputnik. Bu ilin 4 ayında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Ən çox Rusiyadan ölkəmizə gəliblərDövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 26,2 faizi Rusiya, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Pakistan, 1,5 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil edib.Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 496,5 dəfə, Küveytdən 138,4 dəfə, Səudiyyə Ərəbistanından 138,3 dəfə, Bəhreyndən 54,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 46,3 dəfə, Pakistandan 30,4 dəfə, Hindistandan 18,4 dəfə, İsraildən 7,3 dəfə, ABŞ-dan 5,9 dəfə, Qazaxıstandan 4,1 dəfə, Fransadan 3,5 dəfə, Almaniyadan 3,4 dəfə, Ukraynadan 2,5 dəfə, Böyük Britaniyadan 2,3 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,8 dəfə, Rusiyadan 1,6 dəfə, Gürcüstandan 14,4 faiz artıb.Avropadan gələnlərin sayı artıbÖtən ilin müvafiq dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olub.Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 52 faizi hava, 46 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,5 dəfə artaraq 400,2 min nəfər olub.İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiyaya gedənlərin sayı isə 1,9 dəfə artıb.Azərbaycan vətəndaşları ən çox Türkiyəyə səfər ediblərÖlkə vətəndaşlarının 45,5 faizi Türkiyəyə, 16,7 faizi Rusiyaya, 13,1 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,5 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 56,7 faizi hava, 40,6 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40827/91/408279157_207:0:2500:1720_1920x0_80_0_0_07ee081682eea7f674109381f4471e9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
turist, azərbaycan, ölkə
Azərbaycana ən çox turist hansı ölkədən gəlib?
22:44 31.05.2022 (Yenilənib: 23:04 31.05.2022) Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının da sayı artıb. Bəs, ölkə vətəndaşları ən çox haraya üz tutublar?
BAKI, 31 may — Sputnik. Bu ilin 4 ayında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Ən çox Rusiyadan ölkəmizə gəliblər
Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 26,2 faizi Rusiya, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Pakistan, 1,5 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 496,5 dəfə, Küveytdən 138,4 dəfə, Səudiyyə Ərəbistanından 138,3 dəfə, Bəhreyndən 54,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 46,3 dəfə, Pakistandan 30,4 dəfə, Hindistandan 18,4 dəfə, İsraildən 7,3 dəfə, ABŞ-dan 5,9 dəfə, Qazaxıstandan 4,1 dəfə, Fransadan 3,5 dəfə, Almaniyadan 3,4 dəfə, Ukraynadan 2,5 dəfə, Böyük Britaniyadan 2,3 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,8 dəfə, Rusiyadan 1,6 dəfə, Gürcüstandan 14,4 faiz artıb.
Avropadan gələnlərin sayı artıb
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 52 faizi hava, 46 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,5 dəfə artaraq 400,2 min nəfər olub.
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiyaya gedənlərin sayı isə 1,9 dəfə artıb.
Azərbaycan vətəndaşları ən çox Türkiyəyə səfər ediblər
Ölkə vətəndaşlarının 45,5 faizi Türkiyəyə, 16,7 faizi Rusiyaya, 13,1 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,5 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 56,7 faizi hava, 40,6 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.