CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan quru sərhədlərini açır

© Sputnik / Murad OrujovSamur keçid məntəqəsi, arxiv şəkli
Samur keçid məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
TƏBİB nümayəndəsi hesab edir ki, COVID-19-a görə pasportların yoxlanılması və PCR testləri ilə bağlı məsələləri asanlıqla həll etmək olar.
BAKI, 31 may — Sputnik. Azərbaycanda COVID-19-a yoluxma səviyyəsinin aşağı olduğunu nəzərə alaraq quru sərhədlərinin açılması artıq risk yaratmır.
Bunu TƏBİB nümayəndəsi Vasif Əliyev "ARB24"ə açıqlamasında deyib. O bildirib ki, yaranmış bu vəziyyətlə əlaqədar olaraq yaxın günlərdə sərhədlər açıla bilər: "Bir həkim olaraq sözügedən prosesdə heç bir təhlükə görmürəm”.
Vasif Əliyev hesab edir ki, infeksiyaya nəzarət məsələsini, COVID-19-a görə pasportların yoxlanılması və PCR testləri ilə bağlı məsələləri asanlıqla həll etmək olar.
Qeyd edək ki, bu gün dünyada COVID-19 virusu ilə bağlı rəqəmlərdə müəyyən azalmalar olsa da, bəzi ölkələrdə meymunçiçəyi virusuna yoluxma halları baş verib. Artıq 23 ölkədə bu virusa yoluxma halı qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0