https://sputnik.az/20220531/abs-korporasiyalari-avropa-qaz-bazarini-ele-kecirir---patrusev-442388776.html
ABŞ korporasiyaları Avropa qaz bazarını ələ keçirir - Patruşev
ABŞ korporasiyaları Avropa qaz bazarını ələ keçirir - Patruşev
Sputnik Azərbaycan
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, ABŞ kapitalının yarımkeçiricilər sektoruna və digər yüksək texnologiyalı sənayelərə axını artıb. 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T20:21+0400
2022-05-31T20:21+0400
2022-05-31T20:21+0400
nikolay patruşev
rusiya
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/42163/82/421638260_0:0:2629:1480_1920x0_80_0_0_77dae4a2da74e1cfd9d5c12b7c950076.jpg
BAKI, 31 may — Sputnik. ABŞ korporasiyaları və bankları Ukraynadakı vəziyyət fonunda Avropaya sürətlə genişlənmələri zamanı qitənin qaz bazarının bir hissəsini nəzarətə götürüblər. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.Əvvəllər həmin çıxışında o, amerikalıların Rusiya ilə Ukrayna arasındakı münaqişədən bir sıra siyasi və iqtisadi problemlərini həll etmək üçün istifadə etdikləri barədə fikir bildirmişdi.Patruşev həmçinin ABŞ kapitalının yarımkeçiricilər sektoruna və digər yüksək texnologiyalı sənayelərə axınının artdığını da dilə gətirib.Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O həmçinin əlavə edib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq Rusiya qarşısında öhdəliklərini yerinə yetirməyib, onun valyuta ehtiyatlarını dondurub. Dövlət başçısı bildirib ki, baş verən hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42163/82/421638260_0:0:2629:1972_1920x0_80_0_0_017f406f8386cbc09f1592cc9f7bfb16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikolay patruşev, rusiya, təhlükəsizlik şurası
nikolay patruşev, rusiya, təhlükəsizlik şurası
ABŞ korporasiyaları Avropa qaz bazarını ələ keçirir - Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, ABŞ kapitalının yarımkeçiricilər sektoruna və digər yüksək texnologiyalı sənayelərə axını artıb.
BAKI, 31 may — Sputnik. ABŞ korporasiyaları və bankları Ukraynadakı vəziyyət fonunda Avropaya sürətlə genişlənmələri zamanı qitənin qaz bazarının bir hissəsini nəzarətə götürüblər. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Əvvəllər həmin çıxışında o, amerikalıların Rusiya ilə Ukrayna arasındakı münaqişədən bir sıra siyasi və iqtisadi problemlərini həll etmək üçün istifadə etdikləri barədə fikir bildirmişdi.
"ABŞ-ın korporasiyaları və bankları Avropaya sürətli ekspansiyanı həyata keçirərək, artıq Avropa qaz bazarının bir hissəsini nəzarətə götürüblər", - Təhlükəsizlik Şurasının katibi bildirib.
Patruşev həmçinin ABŞ kapitalının yarımkeçiricilər sektoruna və digər yüksək texnologiyalı sənayelərə axınının artdığını da dilə gətirib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O həmçinin əlavə edib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq Rusiya qarşısında öhdəliklərini yerinə yetirməyib, onun valyuta ehtiyatlarını dondurub. Dövlət başçısı bildirib ki, baş verən hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.