CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaz nəhayət ki, gəlir - Sabahın hava proqnozu

© AFP 2023 / DAVID GANNONÇiçəkləyən ağac, arxiv şəkli
Çiçəkləyən ağac, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.05.2022
Abunə olmaq
Azərbaycanın bəzi bölgələrində havanın temperaturunun 30 dərəcədən yuxarı olacağı bildirilir.
BAKI, 30 may - Sputnik. Mayın 31-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0