Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Türkiyə Prezidenti sabah Putin və Zelenski ilə telefonla danışacaq

© Sputnik / Mihail Klimentev / Mediabanka keçid Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган
 Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan, 1920, 29.05.2022
Abunə olmaq
Türkiyə lideri Ukrayna hadisələrinin tezliklə başa çatması üçün səy göstərdiyini deyib.
BAKI, 29 may - Sputnik. Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışacaq.
APA-nın verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya və Ukrayna arasındakı qarşıdurmanın tezliklə başa çatmasını arzu edir: “Ancaq görünən odur ki, hər keçən gün bu iş daha mənfi istiqamətdə davam edir. Bazar ertəsi həm Rusiya Prezidenti, həm də Ukrayna Prezidenti ilə telefon danışığım olacaq. Tərəfləri dialoq və diplomatiya kanallarından istifadə etmək yönündə təşviq etməyi davam etdirəcəyik”.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında mayın 30-da telefon danışığı olacağını təsdiqləyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Türkiyə Rusiya ilə münasibətlərdən imtina edə bilməz - Ərdoğan
Xəbər lenti
0