https://sputnik.az/20220519/turkiye-rusiya-ile-munasibetlerden-imtina-ede-bilmez---erdogan-442065881.html
Türkiyə Rusiya ilə münasibətlərdən imtina edə bilməz - Ərdoğan
Türkiyə Rusiya ilə münasibətlərdən imtina edə bilməz - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə Prezidenti gənclərlə görüşündə bildirib ki, o, nə Rusiya, nə də Ukrayna prezidenti ilə münasibətləri pozmaq niyyətində deyil. 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T16:44+0400
2022-05-19T16:44+0400
2022-05-19T17:00+0400
ərdoğan
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
türkiyə
rusiya
münasibətlər
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441250448_0:0:3073:1728_1920x0_80_0_0_3d7bbc9fc3f040174202b79af0c0bd0e.jpg
BAKI, 19 may — Sputnik. "Türkiyə Rusiya ilə münasibətlərdən imtina edə bilməz". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə söhbəti zamanı bildirib. Bu çıxış onun "Twitter" səhifəsində yayımlanıb.Prezident qeyd edib ki, Ankaranın həm Moskva, həm də Kiyevlə əlaqələri var:Bundan əlavə, Türkiyə ehtiyac duyduğu qazın yarısını Rusiyadan alır."Bu, bizim üçün strateji məsələdir, strateji münasibətlərdir. Biz bu münasibətlərdən imtina edə və onları poza bilmərik" – deyə prezident vurğulayıb.Ərdoğanın sözlərinə görə, o, nə Rusiya, nə də Ukrayna prezidenti ilə münasibətləri pozmaq niyyətində deyil."Mən həm Putin, həm də Zelenski ilə telefon diplomatiyamı davam etdirirəm. Xüsusi nümayəndəmi Moskvaya da, Kiyevə də göndərmişəm. Biz öz siyasətimizi davam etdirəcəyik, yeni dünya müharibəsi isə heç kimə sərfəli deyil", - deyə Türkiyə lideri bildirib."National Interest" jurnalı yazıb ki, Türkiyə Rusiya ilə münaqişəyə imkan verə bilməz. Nəşrin məlumatına görə, Rusiya Türkiyəni 45 faiz qazla, 17 faiz neftlə və 70 faiz isə buğda ilə təmin edir. Həmçinin ötən il Türkiyəyə səfər edənlərin turistlərin təxminən beşdə birini rusiyalılar təşkil edir.Bundan başqa, rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini dəstəkləməyəcəyini bəyan edib. Ərdoğan bildirib ki, Türkiyə bu məsələdə qətiyyətli hərəkət edəcək və alyans tərəfdaşlarına yox deyəcək.Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Moskvaya sanksiya təzyiqlərini artırıb. Bəzi dövlətlər Rusiya aktivlərinin dondurulduğunu elan ediblər, bir çox brendlər isə ölkəni tərk ediblər. Kremldə bu məhdudiyyətləri əvvəllər heç vaxt olmayan iqtisadi müharibə adlandırıblar və xarici investorlara Rusiya maliyyə sistemindən vəsait çıxarmağı qadağan edərək qaz ödənişlərini rubla hesablaşmaq kimi cavab tədbirləri görüblər. Qərb üçün isə sanksiyalar artıq iqtisadi problemə çevrilib, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441250448_0:0:2731:2048_1920x0_80_0_0_afc7a2e0809968d9c319127aaae5cd33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, türkiyə, rusiya, münasibətlər
ərdoğan, türkiyə, rusiya, münasibətlər
Türkiyə Rusiya ilə münasibətlərdən imtina edə bilməz - Ərdoğan
16:44 19.05.2022 (Yenilənib: 17:00 19.05.2022) Türkiyə Prezidenti gənclərlə görüşündə bildirib ki, o, nə Rusiya, nə də Ukrayna prezidenti ilə münasibətləri pozmaq niyyətində deyil.
BAKI, 19 may — Sputnik. "Türkiyə Rusiya ilə münasibətlərdən imtina edə bilməz". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə söhbəti zamanı bildirib. Bu çıxış onun "Twitter" səhifəsində yayımlanıb.
Prezident qeyd edib ki, Ankaranın həm Moskva, həm də Kiyevlə əlaqələri var:
"Bizim Rusiya ilə "Akkuyu" AES layihəmiz var. Gələn il biz bu layihəni yekunlaşdırıb açılışını edəcəyik. Bu, bizim üçün çox ciddi mənbədir".
Bundan əlavə, Türkiyə ehtiyac duyduğu qazın yarısını Rusiyadan alır.
"Bu, bizim üçün strateji məsələdir, strateji münasibətlərdir. Biz bu münasibətlərdən imtina edə və onları poza bilmərik" – deyə prezident vurğulayıb.
Ərdoğanın sözlərinə görə, o, nə Rusiya, nə də Ukrayna prezidenti ilə münasibətləri pozmaq niyyətində deyil.
"Mən həm Putin, həm də Zelenski ilə telefon diplomatiyamı davam etdirirəm. Xüsusi nümayəndəmi Moskvaya da, Kiyevə də göndərmişəm. Biz öz siyasətimizi davam etdirəcəyik, yeni dünya müharibəsi isə heç kimə sərfəli deyil", - deyə Türkiyə lideri bildirib.
"National Interest" jurnalı yazıb ki, Türkiyə Rusiya ilə münaqişəyə imkan verə bilməz. Nəşrin məlumatına görə, Rusiya Türkiyəni 45 faiz qazla, 17 faiz neftlə və 70 faiz isə buğda ilə təmin edir. Həmçinin ötən il Türkiyəyə səfər edənlərin turistlərin təxminən beşdə birini rusiyalılar təşkil edir.
Bundan başqa, rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini dəstəkləməyəcəyini bəyan edib. Ərdoğan bildirib ki, Türkiyə bu məsələdə qətiyyətli hərəkət edəcək və alyans tərəfdaşlarına yox deyəcək.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Moskvaya sanksiya təzyiqlərini artırıb. Bəzi dövlətlər Rusiya aktivlərinin dondurulduğunu elan ediblər, bir çox brendlər isə ölkəni tərk ediblər. Kremldə bu məhdudiyyətləri əvvəllər heç vaxt olmayan iqtisadi müharibə adlandırıblar və xarici investorlara Rusiya maliyyə sistemindən vəsait çıxarmağı qadağan edərək qaz ödənişlərini rubla hesablaşmaq kimi cavab tədbirləri görüblər. Qərb üçün isə sanksiyalar artıq iqtisadi problemə çevrilib, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.