DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Ukraynadakı vəziyyətə görə Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyini deyib

© AP Photo / John RaouxДональд Трамп, фото из архива
Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.05.2022
Abunə olmaq
ABŞ-ın eks-prezidenti bəyan edib ki, hadisələr üçüncü Dünya Müharibəsi ilə nəticələnə bilər
BAKI, 29 may — Sputnik. ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynadakı münaqişənin hazırkı ritorika və müxtəlif tərəflərin hərəkətləri üzündən bu ölkənin tam məhvinə, milyonlarla insanın ölümünə səbəb olacağına, üçüncü dünya müharibəsi ilə nəticələnə biləcəyinə dair narahatlığını ifadə edib və bildirib ki, hazırda bütün səylər danışıqlara yönəldilməlidir.
Rusiya Ukraynada xüsusi əməliyyatı başlayandan bəri ABŞ və Qərb ölkələri Ukraynaya hərbi yardım göstərərək, eyni zamanda Rusiya Federasiyasına qarşı bir neçə sanksiya paketi tətbiq ediblər. May ayında ABŞ prezidenti Co Bayden Ukraynaya 40 milyard dollarlıq hərbi, iqtisadi və humanitar yardım haqqında qanunu imzalayıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl demişdi ki, Rusiyanın silah arsenalı "özünün və başqalarının əli ilə üçüncü dünya müharibəsini başlatmağa hazır olanların ambisiyalarını soyudur, biz belə bir vəziyyətin yaranmasına yol verməyəcəyik”.
Trampın sözlərinə görə, Ukrayna hazırda “məhv edilir” və bunun səbəbi “dediklərimizin və etdiklərimizin axmaqlığıdır”.
Vayominq ştatındakı mitinqdə çıxış edərkən Tramp bunları söyləyib: "Milyonlarca (itirilmiş) həyatla nəticələnəcəksiniz. Hətta üçüncü Dünya Müharibəsi ilə nəticələnə bilərsiniz. Yeri gəlmişkən, dediklərimizin, etdiklərimizin axmaqlığına görə hadisələr üçüncü Dünya Müharibəsi ilə nəticələnə bilər".
ABŞ-ın eks-prezidenti bəyan edib ki, Ukraynanı "parçalayırlar" və “heç birimiz münaqişədə bu qədər ölüm halı görməmişdik. Bu, dəhşətdir və heç bir qalib olmayacaq... Onlar danışıqlar masasına qayıtmalıdırlar", - deyən Tramp əlavə edib ki, bunun alternativi belə olacaq: "Sonunu onunla bitirəcəksiniz ki, orada heç nə olmayacaq”.
Onun fikrincə, Çin Ukraynada baş verənləri izləyir, gördükləri isə onu Tayvana hücum etməkdən saxlayır. ABŞ-ın keçmiş prezidenti iddia edir ki, onun aqressiv hərəkətlərə qarşı xəbərdarlıq etdiyi iddia edilən Çin və Rusiya liderləri ilə söhbətləri olub. "Dedim ki, əgər bunu etsəniz, sizi çox sərt vuracağıq. Hər ikisi mənə belə cavab verdi:" Doğrudanmı?” Mənə inandıqlarına tam əmin deyiləm, amma bir növ mənə inandılar. Onların tamamilə inanmaqları lazım deyildi. Əgər onlar 5%-ə inansaydılar, bu, kifayət edərdi”, - deyə Tramp bildirib.
O, 21-ci əsrdə Rusiyanın silahlı münaqişələrə girmədiyi yeganə ABŞ prezidenti olduğunu, Corc Buşun dövründə “Gürcüstanı, Barak Obamanın dövründə Krımı, Co Baydenin dövründə isə “hər şeyi itirdiklərini” qeyd edib."
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izlə!
Xəbər lenti
0