https://sputnik.az/20220529/qerb-putine-guzeste-getmeye-hazirdir---kv-442340863.html
Qərb Putinə güzəştə getməyə hazırdır - KİV
Qərb Putinə güzəştə getməyə hazırdır - KİV
Sputnik Azərbaycan
Aİ ölkələri Aİ-nin Rusiyaya ağrılı iqtisadi zərbə vurmaq imkanları tükənir və onlar Rusiya prezidenti Vladimir Putinin qazın pulunu rublla ödəmək tələblərinə... 29.05.2022, Sputnik Azərbaycan
2022-05-29T15:41+0400
2022-05-29T15:41+0400
2022-05-29T16:01+0400
qərb
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
qaz
rubl
rusiya prezidenti vladimir putin
ödəniş
"qazprom"
https://cdnn1.img.sputnik.az/img/07e6/05/09/441761537_0:0:2106:1185_1920x0_80_0_0_0917a22e650076239d98f8b1d1759751.jpg
BAKI, 29 may — Sputnik. Macarıstandan sonra Aİ ölkələri Rusiya prezidenti Vladimir Putinin qazın pulunu rublla ödəmək tələblərinə boyun əyirlər.Bu barədə köşə yazarları Con Follein və Alberto Nardelli Bloomberg jurnalı üçün yazdıqları məqalədə qeyd edirlər.Publisistlər hesab edirlər ki, Avropa ölkələrinin Ukraynadakı xüsusi əməliyyata görə Moskvanı “cəzalandırmaq” istəyi ritorikadan o yana keçmir. Belə ki, onlar "ağrılı nöqtəni" - enerji sənayesini vurmaqdan imtina edirlər.“Əsas diqqət Macarıstanın sanksiyaları dəstəkləməkdən imtina etməsinə yönəldilib, lakin digər ölkələr Putinin rublla qaz ödənişləri ilə bağlı tələblərinə boyun əyirlər”, - deyə Follein və Nardelli bildiriblər.Onların fikrincə, Avropa İttifaqında onun qərb və şərq üzvləri arasında Ukraynaya silah tədarükü, Rusiya prezidenti ilə dialoq və Kiyevin gələcək sülh müqaviləsinin bir hissəsi kimi qəbul etməli olacağı şərtlərlə bağlı parçalanma yaranıb. Müşahidəçilər, həmçinin, Rusiyanın neft idxalına embarqoya dair danışıqların gecikməsinə də diqqət çəkiblər.Məqalədə deyilir: “Diplomatlar və məmurlar getdikcə daha çox məyus olurlar, çünki Aİ-nin Rusiyaya ağrılı iqtisadi zərbə vurmaq imkanları yəqin ki, tükənir”.Rusiya prezidenti Vladimir Putin martın 23-də Aİ ölkələrinə və Rusiyaya qarşı sanksiyalar tətbiq edən digər dövlətlərə qaz nəqli üçün ödənişin rubla köçürüldüyünü açıqlayıb. Daha sonra o, müvafiq fərman imzalayıb və bildirib ki, “dost olmayan” ölkələr aprelin 1-dən bu valyuta ilə, yəni rublla ödəniş etməyə başlamasalar, Moskva bunu qaz müqavilələri üzrə müqavilələrin yerinə yetirilməməsi kimi qiymətləndirəcək.Yeni sxemə əsasən, Qazprombank xarici müştərilərlə hesablaşmalar üçün xüsusi valyuta və rubl hesabları açır. Alıcı mavi yanacağın tədarükü üçün müqavilədə göstərilən valyutada ilk hesaba vəsait köçürə biləcək. Sonra bank onu Moskva birjasında satacaq və bundan sonra qaz alıcısının hesabına rubl vəsaiti köçürəcək. Bundan sonra isə alıcı tərəf Qazproma bu hesabdan pul ödəyəcək.
https://sputnik.az/20220525/volodin-abs-ve-onlarin-peykleri-rublla-odenislere-oyresmelidirler-442230022.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/09/441761537_335:0:2106:1328_1920x0_80_0_0_636f4480145b04a00e83574d121e4c6f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərb, qaz, rubl, rusiya prezidenti vladimir putin, ödəniş, "qazprom"
qərb, qaz, rubl, rusiya prezidenti vladimir putin, ödəniş, "qazprom"
Qərb Putinə güzəştə getməyə hazırdır - KİV
15:41 29.05.2022 (Yenilənib: 16:01 29.05.2022) Aİ ölkələri Aİ-nin Rusiyaya ağrılı iqtisadi zərbə vurmaq imkanları tükənir və onlar Rusiya prezidenti Vladimir Putinin qazın pulunu rublla ödəmək tələblərinə tabe olurlar
BAKI, 29 may — Sputnik. Macarıstandan sonra Aİ ölkələri Rusiya prezidenti Vladimir Putinin qazın pulunu rublla ödəmək tələblərinə boyun əyirlər.
Bu barədə köşə yazarları Con Follein və Alberto Nardelli Bloomberg jurnalı üçün yazdıqları məqalədə qeyd edirlər.
Publisistlər hesab edirlər ki, Avropa ölkələrinin Ukraynadakı xüsusi əməliyyata görə Moskvanı “cəzalandırmaq” istəyi ritorikadan o yana keçmir. Belə ki, onlar "ağrılı nöqtəni" - enerji sənayesini vurmaqdan imtina edirlər.
“Əsas diqqət Macarıstanın sanksiyaları dəstəkləməkdən imtina etməsinə yönəldilib, lakin digər ölkələr Putinin rublla qaz ödənişləri ilə bağlı tələblərinə boyun əyirlər”, - deyə Follein və Nardelli bildiriblər.
Onların fikrincə, Avropa İttifaqında onun qərb və şərq üzvləri arasında Ukraynaya silah tədarükü, Rusiya prezidenti ilə dialoq və Kiyevin gələcək sülh müqaviləsinin bir hissəsi kimi qəbul etməli olacağı şərtlərlə bağlı parçalanma yaranıb. Müşahidəçilər, həmçinin, Rusiyanın neft idxalına embarqoya dair danışıqların gecikməsinə də diqqət çəkiblər.
Məqalədə deyilir: “Diplomatlar və məmurlar getdikcə daha çox məyus olurlar, çünki Aİ-nin Rusiyaya ağrılı iqtisadi zərbə vurmaq imkanları yəqin ki, tükənir”.
Rusiya prezidenti Vladimir Putin martın 23-də Aİ ölkələrinə və Rusiyaya qarşı sanksiyalar tətbiq edən digər dövlətlərə qaz nəqli üçün ödənişin rubla köçürüldüyünü açıqlayıb. Daha sonra o, müvafiq fərman imzalayıb və bildirib ki, “dost olmayan” ölkələr aprelin 1-dən bu valyuta ilə, yəni rublla ödəniş etməyə başlamasalar, Moskva bunu qaz müqavilələri üzrə müqavilələrin yerinə yetirilməməsi kimi qiymətləndirəcək.
Yeni sxemə əsasən, Qazprombank xarici müştərilərlə hesablaşmalar üçün xüsusi valyuta və rubl hesabları açır. Alıcı mavi yanacağın tədarükü üçün müqavilədə göstərilən valyutada ilk hesaba vəsait köçürə biləcək. Sonra bank onu Moskva birjasında satacaq və bundan sonra qaz alıcısının hesabına rubl vəsaiti köçürəcək. Bundan sonra isə alıcı tərəf Qazproma bu hesabdan pul ödəyəcək.