https://sputnik.az/20220525/volodin-abs-ve-onlarin-peykleri-rublla-odenislere-oyresmelidirler-442230022.html
Volodin: ABŞ və onların peykləri rublla ödənişlərə öyrəşməlidirlər
Volodin: ABŞ və onların peykləri rublla ödənişlərə öyrəşməlidirlər
Sputnik Azərbaycan
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Vaşinqton dollarla ödənişlərə süni qadağa qoymaqla Rusiyaya problemlər yaratmağa çalışır. 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T16:20+0400
2022-05-25T16:20+0400
2022-05-25T16:20+0400
abş
rusiya
vyaçeslav volodin
https://cdnn1.img.sputnik.az/img/40921/58/409215820_0:0:2831:1592_1920x0_80_0_0_4fd3330a23bab602d1ef47f61ee86dda.jpg
BAKI, 25 may — Sputnik. ABŞ və onunın qərarlarını dəstəkləyən peykləri rublla ödənişlərə öyrəşməlidirlər. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Telegram-da bildirib."Bundan başqa, bizim rublla qarşılıqlı hesablaşma təcrübəmiz var. Qaz müqavilələri bunu göstərdi. Qoy ABŞ və onların qərarlarını dəstəkləyən peykləri rubla öyrəşsinlər", - deyə Volodin yazıb.O əlavə edib ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın xarici borcuna xidmət lisenziyasının dayandırılması barədə qərarı ilə Rusiya Federasiyasına problemlər yaratmağa çalışır."ABŞ Maliyyə Nazirliyi Rusiyanın lisenziyasının müddətinin uzadılmasının onun xarici borcunun ödənilməsinə xidmət etməyəcəyini bildirib. Beləliklə, Vaşinqton dollarla ödənişlərə süni qadağa qoymaqla Rusiyaya problemlər yaratmağa çalışır. Bu problemlə bağlı ölkəmizin həll yolu var", - deyə spiker qeyd edib.Volodinin sözlərinə görə, Rusiyanın ödənişlər üçün lazım olan vəsaiti var. O, rublla ödənişlərin ABŞ üçün ən doğru seçim olduğunu açıqlayıb."Birincisi, ödənişlər üçün bütün lazımi vəsaitimiz var. İkincisi, biz rublla ödəyəcəyik. Bu, ABŞ-ın ən doğru seçimidir. Onlar özləri dollarla ödənişləri qadağan ediblər. Bu gün rubl əhəmiyyətli dərəcədə möhkəmlənib və odur ki, maliyyə vəziyyətimiz yaxşıdır", - deyə Volodin yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40921/58/409215820_35:0:2764:2047_1920x0_80_0_0_39e3ecaac659c812ba8e4d4e2125d8dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, vyaçeslav volodin
Volodin: ABŞ və onların peykləri rublla ödənişlərə öyrəşməlidirlər
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Vaşinqton dollarla ödənişlərə süni qadağa qoymaqla Rusiyaya problemlər yaratmağa çalışır.
BAKI, 25 may — Sputnik. ABŞ və onunın qərarlarını dəstəkləyən peykləri rublla ödənişlərə öyrəşməlidirlər. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Telegram-da bildirib.
"Bundan başqa, bizim rublla qarşılıqlı hesablaşma təcrübəmiz var. Qaz müqavilələri bunu göstərdi. Qoy ABŞ və onların qərarlarını dəstəkləyən peykləri rubla öyrəşsinlər", - deyə Volodin yazıb.
O əlavə edib ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın xarici borcuna xidmət lisenziyasının dayandırılması barədə qərarı ilə Rusiya Federasiyasına problemlər yaratmağa çalışır.
"ABŞ Maliyyə Nazirliyi Rusiyanın lisenziyasının müddətinin uzadılmasının onun xarici borcunun ödənilməsinə xidmət etməyəcəyini bildirib. Beləliklə, Vaşinqton dollarla ödənişlərə süni qadağa qoymaqla Rusiyaya problemlər yaratmağa çalışır. Bu problemlə bağlı ölkəmizin həll yolu var", - deyə spiker qeyd edib.
Volodinin sözlərinə görə, Rusiyanın ödənişlər üçün lazım olan vəsaiti var. O, rublla ödənişlərin ABŞ üçün ən doğru seçim olduğunu açıqlayıb.
"Birincisi, ödənişlər üçün bütün lazımi vəsaitimiz var. İkincisi, biz rublla ödəyəcəyik. Bu, ABŞ-ın ən doğru seçimidir. Onlar özləri dollarla ödənişləri qadağan ediblər. Bu gün rubl əhəmiyyətli dərəcədə möhkəmlənib və odur ki, maliyyə vəziyyətimiz yaxşıdır", - deyə Volodin yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.