https://sputnik.az/20220528/prezidentin-efv-etdiyi-sexsler-azadliga-buraxiliblar-onlarin-arasinda-ecnebiler-de-var-442321987.html
Prezidentin əfv etdiyi şəxslər azadlığa buraxılıblar: Onların arasında əcnəbilər də var
Prezidentin əfv etdiyi şəxslər azadlığa buraxılıblar: Onların arasında əcnəbilər də var
Sputnik Azərbaycan
Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfər əfv edilib. 28.05.2022, Sputnik Azərbaycan
2022-05-28T11:05+0400
2022-05-28T11:05+0400
2022-05-28T11:05+0400
azərbaycan xəbərləri
əfv
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929052_0:160:3072:1888_1920x0_80_0_0_f277eae4a510b48c6853f23d0acba149.jpg
BAKI, 28 may - Sputnik. Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.Məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 2 qadına şamil olunub.Tədbir zamanı 2 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib. Onlardan 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası azaldılıb.Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində də davam etdirilib.Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin cəzası yarıya endirilib.Əfv olunan şəxslərə ərizələrini Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov, Azərbaycanın Ombsdumanı Səbinə Əliyeva və deputat Zahid Oruc təqdim edib.Onlara müvafiq ərizələr təqdim olunub və 4 nəfər azadlığa buraxılıblar.Azadlığa buraxılanlardan 3-ü "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərdir.Prezidentin sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub. Bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 3 nəfər məhkuma şamil olunub. Həmin şəxslər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Əfv edilən şəxslərdən biri İran vətəndaşı, 2 nəfər isə Azərbaycan vətəndaşıdır.Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub. Burada cəza çəkən 3 məhkuma əfv sərəncamı şamil edilib.Onların hər üçünə əfv olunmaları üçün sənəd verilib. Onlardan biri Türkiyə vətəndaşı Rəsul Kondaçıdır.Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfər əfv edilib.Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929052_171:0:2902:2048_1920x0_80_0_0_b05ab3b55a31ecbbddfcd45f7fbd763e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əfv, prezident ilham əliyev
əfv, prezident ilham əliyev
Prezidentin əfv etdiyi şəxslər azadlığa buraxılıblar: Onların arasında əcnəbilər də var
Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfər əfv edilib.
BAKI, 28 may - Sputnik. Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 2 qadına şamil olunub.
Tədbir zamanı 2 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.
Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.
Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib. Onlardan 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası azaldılıb.
Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində də davam etdirilib.
Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin cəzası yarıya endirilib.
Əfv olunan şəxslərə ərizələrini Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov, Azərbaycanın Ombsdumanı Səbinə Əliyeva və deputat Zahid Oruc təqdim edib.
Onlara müvafiq ərizələr təqdim olunub və 4 nəfər azadlığa buraxılıblar.
Azadlığa buraxılanlardan 3-ü "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərdir.
Prezidentin sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub. Bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 3 nəfər məhkuma şamil olunub. Həmin şəxslər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Əfv edilən şəxslərdən biri İran vətəndaşı, 2 nəfər isə Azərbaycan vətəndaşıdır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub. Burada cəza çəkən 3 məhkuma əfv sərəncamı şamil edilib.Onların hər üçünə əfv olunmaları üçün sənəd verilib. Onlardan biri Türkiyə vətəndaşı Rəsul Kondaçıdır.
Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfər əfv edilib.
Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.
Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.