SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Pakistan Prezidenti İlham Əliyevə məktub göndərib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü
Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
Arif Alvi əmin olduğunu bildirib ki, siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlıq İlham Əliyevin müdrik rəhbərliyi ilə bundan sonra da dərinləşəcək və genişlənəcək.
BAKI, 28 may - Sputnik. Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu il biz həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Son üç onillikdə Pakistan ilə Azərbaycan arasında qardaşlıq əlaqələri daha da möhkəmlənib.
Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığımız Sizin müdrik rəhbərliyinizlə bundan sonra da dərinləşəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq diləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Müstəqillik Günü münasibəti ilə ABŞ Prezidenti Cozef Bayden, Belarus Prezidenti Aleksandr Lukaşenko, Xorvatiya Prezidenti Zoran Milanoviç, Mərakeşin Kralı VI Məhəmməd, İsveçrənin Prezidenti İqnazio Kassis, Misirin Prezidenti Əbdülfəttah əs-Sisi və digər dövlət başçıları Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0