SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Moskvada kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun görüşü olacaq - Rudenko

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidЗаместитель министра иностранных дел РФ Андрей Руденко, фото из архива
Заместитель министра иностранных дел РФ Андрей Руденко, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın iclası bir qədər sonra keçiriləcək.
BAKI, 28 may - Sputnik. Moskvada tezliklə regionda kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun görüşü keçiriləcək.
Bunu Azərbaycanın Rusiyadakı Səfirliyində Müstəqillik Günü münasibəti ilə keçirilən təntənəli mərasimə qatılan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında bildirib.
Rusiya diplomat Üçtərəfli İşçi qrupun iclasının keçiriləcəyi tarixi açıqlamayıb.
Qeyd edib ki, iclas ən yaxın vaxtlarda keçiriləcək. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın iclasına gəlincə, Rudenko deyib ki, bu məsələni bir qədər sonra birlikdə müəyyən edəcəklər.
Sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.
Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub.
Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri, həmçinin Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat Xidməti rəislərinin müavinləri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Komissiyanın üzvləri təyin olunublar. Dövlət Komissiyasının tərkibinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin başçıları da daxil ediliblər.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
Mayın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya baş nazirin müavini Mger Qriqoryan rəhbərlik edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0