Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Göranboyda 3 min il əvvələ aid zinət əşyaları və skeletlər üzə çıxıb

© Sputnik / Rahim MammadovQaraçinarda arxeoloji qazıntılar
Qaraçinarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
Goranboyun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpədə eramızdan əvvəl IX-VIII əsrlərə, təxminən 2900-2800 il əvvələ təsadüf edən nekropol aşkarlanıb.
BAKI, 28 may - Sputnik. Goranboyda aparılan arxeloji qazıntılar zamanı müxtəlif rəngli muncuqlar, saxsı qablar, fərqli formalı insan skeletləri tapılıb.
Eramızdan əvvəl IX-VIII əsrlərə, təxminən 2900-2800-il əvvələ təsadüf edən nekropol rayonun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpədə aşkarlanıb.
AMEA-nın Naftalan-Goranboy arxeloji ekspedisiyasının qazıntılar apardığı ərazi 1 ha-dan artıqdır. Son tunc və erkən dəmir dövrünə aid olan nekropolda bu günə qədər 19 qəbirdə arxeoloji qazıntı işləri aparılıb. Düzbucaqlı və oval formalarda hazırlanmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə dəfn edilib. Burada qəbirlərin sıx olması daha çox diqqət çəkir.
AMEA-nın Naftalan-Goranboy arxeloji ekspedisiyasının rəisi Müzəffər Hüseynov bildirib ki, Tatarlı kəndi ərazisində yerləşən nekrapol Xocalı-Gədəbəy mədəniyyətinin son dövrü, erkən dəmir dövrünə aiddir. Antropoloqlar bu nekropolun digərlərindən fərqləndiyini, qəbirlərin standart olmadığını bildirirlər.
Qeyd edək ki, Goranboy rayonu ərazisində yerləşən Muncuqlutəpə nekropolunda qazıntı işləri davam etdirilir. Oradan aşkar edilən maddi-mədəniyyət nümünələri laborator şəritdə tədqiq olunacaq və müəyyən nümünələr xarici ölkələrə göndəriləcək (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0