Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Füzulinin Gorazıllı kəndində 23 yaşlı gənc minaya düşüb

© AR Ministry of DefenceИнженерные работы на территориях, освобожденных в результате Отечественной войны
Инженерные работы на территориях, освобожденных в результате Отечественной войны - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
Füzuli rayon prokurorluğunun yaydığı məlumata görə, Xəyal Abdullayev kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan minaya düşərək qəlpə yarası alıb.
BAKI, 28 may - Sputnik. Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində mina partlayışı nəticəsində 23 yaşlı gənc xəsarət alıb.
Bu barədə Füzuli rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, rayon prokurorluğuna mayın 28-i saat 18.00 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0