https://sputnik.az/20220528/fransanin-azerbaycandaki-sefiri-xn-e-cagirilib-442324021.html
Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
Sputnik Azərbaycan
Separatçıların nümayəndəsinin Paris rəhbərliyi ilə görüşü Azərbaycanın haqlı iradına səbəb olub. 28.05.2022, Sputnik Azərbaycan
2022-05-28T13:10+0400
2022-05-28T13:10+0400
2022-05-28T13:10+0400
xin
fransa
səfir
siyasət
paris
araik arutyunyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460057_0:103:2000:1228_1920x0_80_0_0_a22d00af88b4771f10ced136930dfe05.jpg
BAKI, 28 may - Sputnik. 28 may 2022-ci il tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.XİN-dən verilən xəbərə görə, xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə 27 may tarixində Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını bildirib.Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.
https://sputnik.az/20220522/azerbaycan-ve-turkiye-xn-bascilari-telefonla-neden-danisiblar-442148622.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460057_114:0:1887:1330_1920x0_80_0_0_10f281a9cec269cfe876728b06a9584f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, fransa, səfir, paris, araik arutyunyan
xin, fransa, səfir, paris, araik arutyunyan
Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
Separatçıların nümayəndəsinin Paris rəhbərliyi ilə görüşü Azərbaycanın haqlı iradına səbəb olub.
BAKI, 28 may - Sputnik. 28 may 2022-ci il tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.
XİN-dən verilən xəbərə görə, xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə 27 may tarixində Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını bildirib.
Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.
Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.