SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb və o, Türkiyəyə qayıdıb

© Photo : Twitter / Recep Tayyip ErdoğanИльхам Алиев и Эрдоган оставили подписи на турецком беспилотнике
Ильхам Алиев и Эрдоган оставили подписи на турецком беспилотнике - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
BAKI, 28 may - Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına işgüzar səfəri mayın 28-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olunub.
Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək məqsədilə bu gün Azərbaycana səfər edib. O, Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak edib.
Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan, qızı Sümeyyə Bayraktar, Azərbaycan Prezidenti İlham Əliyev, onun xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva ilə birlikdə “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi "Baku crystal hall" yaxınlığındakı meydançada olub. Onlar birlikdə Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcılarının, helikopterlərinin iştirakı ilə keçirilən aviaşounu izləyiblər.
Festivalı ziyarət etdikdən sonra İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə dövlət başçılarının bir yerdə olması qardaşlığımızın rəmzi kimi qiymətləndirilib.
Dövlət başçıları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının önəmini qeyd ediblər və bu tədbiri yüksək səviyyədə olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndiriblər.
Görüşdə iki ölkə arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi qeyd olunub. Həmçinin ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birgə nahar ediblər.
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də həmçinin 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0