https://sputnik.az/20220528/erdogan-teknofest-azerbaycanla-bagli-paylasim-edib-442334795.html
Ərdoğan "Teknofest Azərbaycan"la bağlı paylaşım edib
Ərdoğan "Teknofest Azərbaycan"la bağlı paylaşım edib
Sputnik Azərbaycan
Ərdoğan Türk dünyasının ən yeni texnologiyalarını hazırlayacaq gənc nəsillərə yol açacaq layihələrin reallaşacağına qəlbən inandığını bildirib. 28.05.2022, Sputnik Azərbaycan
2022-05-28T21:10+0400
2022-05-28T21:10+0400
2022-05-28T21:38+0400
siyasət
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1c/442333675_0:48:1000:611_1920x0_80_0_0_b07a95baf3779510dab1e2058db81187.jpg
BAKI, 28 may - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Twitter hesabında Bakıda keçirilən "Teknofest Azərbaycan" festivalı ilə bağlı paylaşım edib.O, yazıb:“Bu gün TEKNOFESTi ilk dəfə ölkə xaricində can Azərbaycanda təşkil etməyin həyəcanını qürurunu yaşadıq. Türk Dövlətləri Təşkilatından nümayəndələrin də olması xoşbəxtliyimizi ikiqat artırdı”."Türk dünyasının ən yeni texnologiyalarını hazırlayacaq gənc nəsillərə yol açacaq layihələrin reallaşacağına qəlbən inanıram" - Türkiyə prezidenti əlavə edib. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək məqsədilə bu gün Azərbaycana səfər edib. Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan, qızı Sümeyyə Bayraktar, Azərbaycan Prezidenti İlham Əliyev, onun xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva ilə birlikdə “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi "Baku crystal hall" yaxınlığındakı meydançada olub. Onlar birlikdə Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcılarının, helikopterlərinin iştirakı ilə keçirilən aviaşounu izləyiblər. "TEKNOFEST" Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub."TEKNOFEST Azərbaycan" Festivalının təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və "Türkiye Teknoloji Takımı" – T3 Vəqfidir.Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.Bu il mayın 20-sinə olan məlumata əsasən, 45682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9897-dir.Sammitdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1c/442333675_61:0:940:659_1920x0_80_0_0_2b6b2d4691f3680924df43e39b2560ce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, prezident ilham əliyev
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, prezident ilham əliyev
Ərdoğan "Teknofest Azərbaycan"la bağlı paylaşım edib
21:10 28.05.2022 (Yenilənib: 21:38 28.05.2022) Ərdoğan Türk dünyasının ən yeni texnologiyalarını hazırlayacaq gənc nəsillərə yol açacaq layihələrin reallaşacağına qəlbən inandığını bildirib.
BAKI, 28 may - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Twitter hesabında Bakıda keçirilən "Teknofest Azərbaycan" festivalı ilə bağlı paylaşım edib.
“Bu gün TEKNOFESTi ilk dəfə ölkə xaricində can Azərbaycanda təşkil etməyin həyəcanını qürurunu yaşadıq. Türk Dövlətləri Təşkilatından nümayəndələrin də olması xoşbəxtliyimizi ikiqat artırdı”.
"Türk dünyasının ən yeni texnologiyalarını hazırlayacaq gənc nəsillərə yol açacaq layihələrin reallaşacağına qəlbən inanıram" - Türkiyə prezidenti əlavə edib.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək məqsədilə bu gün Azərbaycana səfər edib.
Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan, qızı Sümeyyə Bayraktar, Azərbaycan Prezidenti İlham Əliyev, onun xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva ilə birlikdə “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi "Baku crystal hall" yaxınlığındakı meydançada olub. Onlar birlikdə Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcılarının, helikopterlərinin iştirakı ilə keçirilən aviaşounu izləyiblər.
"TEKNOFEST" Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub.
"TEKNOFEST Azərbaycan" Festivalının təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və "Türkiye Teknoloji Takımı" – T3 Vəqfidir.
Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
Bu il mayın 20-sinə olan məlumata əsasən, 45682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9897-dir.
Sammitdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.
Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.