SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq

© Official website of President of Azerbaijan RepublicRəcəb Tayyib Ərdoğan və İlham Əliyev
Rəcəb Tayyib Ərdoğan  və İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
Türkiyə prezidenti “Akıncı” zərbə pilotsuz uçuş aparatının İstanbuldan Bakıya dayanmadan uçduğunu bildirib.
BAKI, 28 may - Sputnik. Bu gün "TEKNOFEST" festivalını ilk dəfə ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizdən qürurluyuq.
Bu sözləri Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı deyib.
“Siz gənclər sabahın PUA-larını kəşf edənlərdənsiniz. Gənclərimizlə bu sahədə birlikdə addımlayacağıq. "TEKNOFEST" nəsli bu günə qədər çox gözəl layihələrə imza atdı, Azərbaycan gənclərinin də belə uğurlara imza atacağına inanıram.
Parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi, müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq", - Ərdoğan əlavə edib.
O, “Akıncı” zərbə pilotsuz uçuş aparatının (PUA) İstanbuldan Bakıya dayanmadan uçduğunu da deyib:
"Beləliklə, rekorda imza atılıb. Əlbəttə, fərqli hadisələr də olacaq. İnşallah, onları da görəcəyik”.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində “Akıncı” zərbə PUA-sı da nümayiş etdirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 28.05.2022
SİYASƏT
Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara, iki qardaşı kim ayıra bilər?!
Xəbər lenti
0