NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti 126 dollara yaxınlaşır

© AP Photo / Matthew BrownНефтяные качалки
Нефтяные качалки  - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
"Azeri Light" (CIF) markalı neft yenidən bahalaşıb və onun 1 barelə olan qiyməti ötən günlə müqayisədə 0,13% artaraq 125,91 dollar təşkil edib.
BAKI, 28 may - Sputnik. Mayın 28-də dünya bazarında "Azeri Light" (CIF) markalı neft yenidən bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən günlə müqayisədə 0,13% artaraq 125,91 dollar təşkil edib.
“Azeri Light” markalı neftin minimal qiyməti 21 aprel 2020-ci ildə – 15,81 ABŞ dolları olub. Onun maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları təşkil edib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 1,73% artaraq, 1 barelə görə 119,43 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,86% artaraq, 115,07 dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0