CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ankara və Tbilisidən Azərbaycana bayram jesti

© Photo / AZƏRTACAnkaranın Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
28 May - Müstəqillik Günü münasibətilə Ankaranın simvollarından olan Atakule qülləsi, Tbilisidə Kür çayı üzərindəki Sülh körpüsü və teleqüllə Azərbaycan milli bayrağının rənglərinə boyanıb.
BAKI, 28 may - Sputnik. 28 May - Müstəqillik Günü münasibətilə Ankaranın simvollarından olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.
Qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları əks olunub, həmçinin türk və ingilis dillərində “Azərbaycan Müstəqillik Günün mübarək olsun” sözləri yazılıb.
Azərbaycanın Müstəqillik günü münasibətilə əlaqədar Tbilisidə Kür çayı üzərindəki Sülh körpüsü və teleqüllə Azərbaycan milli bayrağının rənglərində işiqlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şuşada Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 28.05.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycanın müstəqillik qazanmasından 105 il keçir
Xəbər lenti
0