Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Zavallılar". Amerikalılar Vladimir Putinin Avropaya ultimatumuna heyrandırlar

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
Aprelin 1-dən Rusiya dost olmayan dövlətlərdən qazın ödənişini rublla qəbul etməyə başlayıb. Rusiya prezidenti vurğulayıb ki, rublla əməliyyatlardan imtina müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndiriləcək.
BAKI, 27 may — Sputnik. Amerikanın "The Washington Post" qəzetinin oxucuları Rusiya prezidenti Vladimir Putinin Avropanı qazın pulunu rublla ödəməyə məcbur etmək qərarına heyranlıqla yanaşıblar.
Nəşr Avropanın Putinin sədaları altında rəqs etməyə razılaşdığı və qazın pulunu rublla ödəmək tələblərinə boyun əydiyi barədə xəbəri dərc edib.
Materialın altındakı şərhlərdə mübahisə başlayıb. Bəziləri avropalıları zəif adlandırır, bəziləri isə onlara rəğbət bəsləyir.
StayCalm1 yazıb: "Budur, Avropanın sərt bəyanatları. Qaz asılılığı onilliklər ərzində mövcud olub, aylar ərzində isə yox olacaq. Bu, necə ola bilər?".
Tank Mulling isə fikrini belə qeyd edib: "Bu avropalılar necə də yazıqdırlar. Zavallılar".
"Aİ bizi inandırmağa çalışırdı ki, Rusiyanı cəzalandırmaqda nə qədər qətiyyətlidir və Rusiyadan yanacaq almaq niyyətində deyil... Amma onu satin almağa davam edir. Bunu necə bəyənirsiniz? Bütün bunlar bir növ ziddiyyətlidir", - deyə TFCFM fikrini bölüşüb.
Jaj801 yazır: "Belə fikirləşmək asandır. Siz qışda isitməsiz və işıqsız yaşamağa cəhd edin. Yaxud da görün işıq pulunuz 300% artdıqda nələr baş verəcək".
"Tramp avropalılara bu barədə xəbərdarlıq etmiş, belə olacağını söyləmişdi, amma ona qulaq asmadılar. Yaşıllaşmaq qərarına gəldilər, amma özləri ruslara ümid edirlər ki, evləri qızdırmaq və elektrik enerjisi istehsal etmək üçün onları qazla təmin edəcəklər ", - deyə Andrev Mellon əlavə edib.
"Amerikalılar bunu başa düşmürlər. Təsəvvür edin ki, qaz qiymətləri anidən bir gallon üçün 12 dollara qədər yüksəlir, elektrik ödənişləri isə yüzlərlə dəfə qalxır. İnsanlar necə yaşayacaqlar? Onlar işə necə gedəcəklər? Evlərini necə qızdırıb, məişət texnikasından necə istifadə edəcəklər? Xaos başlayacaq, qəzəb və qıcıqlanma yaranacaq", - deyə Jaj801 cavab verib.
Aprelin 1-dən Rusiya dollar və avro ilə hesablaşmalardan uzaqlaşmaq üçün dost olmayan dövlətlərdən qazın ödənişini rublla qəbul etməyə başlayıb. Vladimir Putin vurğulayıb ki, Rusiya valyutasında əməliyyatlardan imtina müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndiriləcək.
Aprelin sonunda "Qazprom" ödəniş edilmədiyi üçün Bolqarıstan və Polşaya yanacaq ixracını dayandırıb. Şirkət, eyni zamanda, Sofiya və Varşavanın qeyri-qanuni yanacaq götürməyə başlayacaqları təqdirdə, digər ölkələrə tranzitini azaldacağı barədə xəbərdarlıq edib. Mayın 21-dən Finlandiyaya da təchizat dayandırılıb.
Bloomberg-in xəbərinə görə, Avropa Komissiyası Rusiya qazının yeni ödəniş sistemi ilə bağlı bir sıra açıqlamalar verib, lakin heç vaxt rubl hesabının açılmasının tətbiq edilən sanksiyalara zidd olub-olmadığını birbaşa göstərməyib.
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 26.05.2022
RUSİYA
Putin sanksiyaların bütün iqtisadiyyatlar üçün təhlükəsini xatırladıb
Xəbər lenti
0