https://sputnik.az/20220526/putin-sanksiyalarin-butun-iqtisadiyyatlar-ucun-tehlukesini-xatirladib-442272001.html
Putin sanksiyaların bütün iqtisadiyyatlar üçün təhlükəsini xatırladıb
Putin sanksiyaların bütün iqtisadiyyatlar üçün təhlükəsini xatırladıb
Sputnik Azərbaycan
Rusiya prezidenti Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı sanksiyaların bütün dünya ölkələrinə təsir etdiyini, 40 ildir ki, inkişaf etmiş... 26.05.2022, Sputnik Azərbaycan
2022-05-26T22:09+0400
2022-05-26T22:09+0400
2022-05-27T10:38+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
avrasiya
forum
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437519786_0:0:2995:1685_1920x0_80_0_0_d4807d4c8205677854d741398c8bb585.jpg
BAKI, 26 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin sanksiyaların hamıya təsir etdiyini, 40 ildir ki, inkişaf etmiş ölkələrdə belə inflyasiya olmadığını deyib."Belə uzaqgörən siyasət yürüdən ölkələrin iqtisadiyyatı nə qədər sabit olsa da (sanksiyaların tətbiqi - red.), dünya iqtisadiyyatının hazırkı vəziyyəti bizim mövqeyimizin düzgün və haqlı olduğunu göstərir. Hətta makroiqtisadi göstəricilərə diqqət yetirəniz, kifayət edər. Bu inkişaf etmiş iqtisadiyyatlarda 40 ildən çoxdur ki, belə inflyasiya olmayıb, işsizlik artır, zəncirlər qırılır, qlobal böhranlar güclənir. Məsələn, qida kimi həssas sahələrdə bunlar zarafat deyil, bunlar bütün iqtisadi və siyasi münasibətlər sisteminə təsir edən ciddi səbəblərdir", - deyə Putin Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.O, əlavə edib ki, Rusiya biznesi ölkəni tərk edən şirkətlərin yerini tutacaq və heç nə dəyişməyəcək."Bəli, çoxları deyir ki, gedirlər. Bilirsiniz, bəzən gedənlərə baxır və bəlkə də şükür deyirsən. Biz onların yerlərini tutacağıq. Bizim biznesimiz, istehsalımız artıq böyüyüb və tərəfdaşlarımızın hazırladığı zəmində normal inkişaf edəcək. Heç nə dəyişməyəcək".Rusiya prezidenti Vladimir Putin onu da bildirib ki, dünyada getdikcə daha çox ölkə müstəqil iqtisadi siyasət istəyir və bunu həyata keçirəcək."Məsələ təkcə Rusiya və ya Çin deyil, həm də dünyanın dünyanın bir çox başqa ölkələridir. Dünyada müstəqil siyasət yürütmək istəyən və həyata keçirəcək ölkələr getdikcə çoxalır. Heç bir dünya jandarmı bu təbii qlobal prosesi dayandıra bilməz, buna kimsənin gücü çatmaz. Üstəlik, öz ölkələri daxilində problemlərlə üzləşəndə istək, sadəcə olaraq, yox olacaq, ümid edirəm ki, onlar bu siyasətin tamamilə perspektivsiz olduğunu başa düşəcəklər", - deyə Putin Avrasiya İqtisadi Forumunun plenar iclasında qeyd edib.
https://sputnik.az/20220526/putin-boyuk-avrasiya-mubaligesiz-boyuk-sivilizasiya-layihesidir-442272797.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437519786_264:0:2995:2048_1920x0_80_0_0_66d2b463a599171e516ea6f097b63a58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, rusiya prezidenti vladimir putin, avrasiya, forum
putin, rusiya prezidenti vladimir putin, avrasiya, forum
Putin sanksiyaların bütün iqtisadiyyatlar üçün təhlükəsini xatırladıb
22:09 26.05.2022 (Yenilənib: 10:38 27.05.2022) Rusiya prezidenti Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı sanksiyaların bütün dünya ölkələrinə təsir etdiyini, 40 ildir ki, inkişaf etmiş ölkələrdə belə inflyasiya olmadığını deyib.
BAKI, 26 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin sanksiyaların hamıya təsir etdiyini, 40 ildir ki, inkişaf etmiş ölkələrdə belə inflyasiya olmadığını deyib.
"Belə uzaqgörən siyasət yürüdən ölkələrin iqtisadiyyatı nə qədər sabit olsa da (sanksiyaların tətbiqi - red.), dünya iqtisadiyyatının hazırkı vəziyyəti bizim mövqeyimizin düzgün və haqlı olduğunu göstərir. Hətta makroiqtisadi göstəricilərə diqqət yetirəniz, kifayət edər. Bu inkişaf etmiş iqtisadiyyatlarda 40 ildən çoxdur ki, belə inflyasiya olmayıb, işsizlik artır, zəncirlər qırılır, qlobal böhranlar güclənir. Məsələn, qida kimi həssas sahələrdə bunlar zarafat deyil, bunlar bütün iqtisadi və siyasi münasibətlər sisteminə təsir edən ciddi səbəblərdir", - deyə Putin Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
O, əlavə edib ki, Rusiya biznesi ölkəni tərk edən şirkətlərin yerini tutacaq və heç nə dəyişməyəcək.
"Bəli, çoxları deyir ki, gedirlər. Bilirsiniz, bəzən gedənlərə baxır və bəlkə də şükür deyirsən. Biz onların yerlərini tutacağıq. Bizim biznesimiz, istehsalımız artıq böyüyüb və tərəfdaşlarımızın hazırladığı zəmində normal inkişaf edəcək. Heç nə dəyişməyəcək".
Rusiya prezidenti Vladimir Putin onu da bildirib ki, dünyada getdikcə daha çox ölkə müstəqil iqtisadi siyasət istəyir və bunu həyata keçirəcək.
"Məsələ təkcə Rusiya və ya Çin deyil, həm də dünyanın dünyanın bir çox başqa ölkələridir. Dünyada müstəqil siyasət yürütmək istəyən və həyata keçirəcək ölkələr getdikcə çoxalır. Heç bir dünya jandarmı bu təbii qlobal prosesi dayandıra bilməz, buna kimsənin gücü çatmaz. Üstəlik, öz ölkələri daxilində problemlərlə üzləşəndə istək, sadəcə olaraq, yox olacaq, ümid edirəm ki, onlar bu siyasətin tamamilə perspektivsiz olduğunu başa düşəcəklər", - deyə Putin Avrasiya İqtisadi Forumunun plenar iclasında qeyd edib.