https://sputnik.az/20220527/telebeler-eyni-zamanda-boyuk-britaniya-ve-azerbaycan-universitetinin-diplomunu-ala-bilecek-442287469.html
Tələbələr eyni zamanda Böyük Britaniya və Azərbaycan universitetinin diplomunu ala biləcək
Tələbələr eyni zamanda Böyük Britaniya və Azərbaycan universitetinin diplomunu ala biləcək
Sputnik Azərbaycan
Şirkət nümayəndəsi bildirib ki, üç ildə bərpa olunan enerji üzrə 120 mütəxəssisin bazara daxil olması planlaşdırılır. 27.05.2022, Sputnik Azərbaycan
2022-05-27T14:13+0400
2022-05-27T14:13+0400
2022-05-27T14:29+0400
azərbaycan
təhsil
bp şirkəti
təhsil
vəsait
https://cdnn1.img.sputnik.az/img/41742/44/417424453_0:375:2000:1500_1920x0_80_0_0_8f29119cdb69d96dbeecfa8ad1eac714.jpg
BAKI, 27 may — Sputnik. "BP" şirkəti Azərbaycanda təhsil layihəsinə 2 milyon dollar ayırıb. Bunu BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli APA-ya açıqlamasında deyib.O bildirib ki, BP bərpa olunan enerji üzrə mütəxəssislərin hazırlanması ilə bağlı Təhsil Nazirliyi ilə 3 illik ikili diplom proqramını həyata keçirəcək:"Layihənin Azərbaycan tərəfindən tərəfdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) seçilib və universitetlə müqavilə imzalanacaq. Təhsil Nazirliyi hazırda Böyük Britaniyada universitet seçimi ilə məşğuldur".Bəxtiyar Aslanbəyli qeyd edib ki, 3 il ərzində bərpa olunan enerji üzrə 120 mütəxəssisin bazara daxil olması planlaşdırılır:Bəxtiyar Aslanbəyli bildirib ki, layihə ilə bağlı digər əhəmiyyətli nüans ondan ibarətdir ki, yerli universitetin bərpa olunan enerji sahəsində tədris imkanları genişlənəcək:"Üç il ərzində həm lazımi laboratoriya qurulacaq, həm Böyük Britaniyadan gələn müəllimlərlə yanaşı, öz müəllimlərimiz inkişaf edəcək. Üç ildən sonra yerli universitet müstəqil və eyni keyfiyyətlə eyni proqramı davam etdirəcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41742/44/417424453_0:0:2000:1500_1920x0_80_0_0_b4ad53ccf4dd2a861c6cc2e2bf72b998.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, bp şirkəti, təhsil, vəsait
azərbaycan, bp şirkəti, təhsil, vəsait
Tələbələr eyni zamanda Böyük Britaniya və Azərbaycan universitetinin diplomunu ala biləcək
14:13 27.05.2022 (Yenilənib: 14:29 27.05.2022) Şirkət nümayəndəsi bildirib ki, üç ildə bərpa olunan enerji üzrə 120 mütəxəssisin bazara daxil olması planlaşdırılır.
BAKI, 27 may — Sputnik. "BP" şirkəti Azərbaycanda təhsil layihəsinə 2 milyon dollar ayırıb. Bunu BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli APA-ya açıqlamasında deyib.
O bildirib ki, BP bərpa olunan enerji üzrə mütəxəssislərin hazırlanması ilə bağlı Təhsil Nazirliyi ilə 3 illik ikili diplom proqramını həyata keçirəcək:
"Layihənin Azərbaycan tərəfindən tərəfdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) seçilib və universitetlə müqavilə imzalanacaq. Təhsil Nazirliyi hazırda Böyük Britaniyada universitet seçimi ilə məşğuldur".
Bəxtiyar Aslanbəyli qeyd edib ki, 3 il ərzində bərpa olunan enerji üzrə 120 mütəxəssisin bazara daxil olması planlaşdırılır:
"İldə 40 tələbənin bu sahə üzrə magistr dərəcəsi alması planlaşdırılır. Yerli tələbələr evini tərk etmədən, əlavə xərc çəkmədən Böyük Britaniya universiteti və ADNSU-nun diplomunu alacaqlar. Ola bilsin ki, yerli mütəxəssislər bir neçə semestr Böyük Britaniya universitetində də təhsil alsınlar".
Bəxtiyar Aslanbəyli bildirib ki, layihə ilə bağlı digər əhəmiyyətli nüans ondan ibarətdir ki, yerli universitetin bərpa olunan enerji sahəsində tədris imkanları genişlənəcək:
"Üç il ərzində həm lazımi laboratoriya qurulacaq, həm Böyük Britaniyadan gələn müəllimlərlə yanaşı, öz müəllimlərimiz inkişaf edəcək. Üç ildən sonra yerli universitet müstəqil və eyni keyfiyyətlə eyni proqramı davam etdirəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.