https://sputnik.az/20220527/qanunla-qadagan-olunan-sexslerden-donor-orqaninin-goturulmesine-gore-ceza-tetbiq-edilecek-442291463.html
Qanunla qadağan olunan şəxslərdən donor orqanının götürülməsinə görə cəza tətbiq ediləcək
Qanunla qadağan olunan şəxslərdən donor orqanının götürülməsinə görə cəza tətbiq ediləcək
Sputnik Azərbaycan
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə insan orqanlarının və toxumalarının, donor orqanlarının alqı-satqısına dair cəza növləri öz əksini tapıb. 27.05.2022, Sputnik Azərbaycan
2022-05-27T13:25+0400
2022-05-27T13:25+0400
2022-05-27T13:25+0400
cəmiyyət
orqan
donor
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42038/08/420380894_0:161:3069:1887_1920x0_80_0_0_7c1364b2414e3bcf4316eda6dcc6cdb1.jpg
BAKI, 21 may-Sputnik. Milli Məclisin iclasında Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Məlumat verilib ki, 20 oktyabr 2020-ci il tarixdə Milli Məclis tərəfindən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qəbul edilib.Həmin qanunla müəyyən edilmiş münasibətlərin pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrinə müəyyən dəyişikliklər təklif edilib.Belə ki, İnzibati Xətalar Məcəlləsinə insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə edilir.Həmin maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin orqanın təsdiq etdiyi siyahıda olmayan tibb müəssisələri və digər şəxslər donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün cərimələr müəyyən edilir.Əlavədə, həmçinin orqan donorluğu və transplantasiya zamanı anonimliyin qorunmamasına görə, canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəliklər barədə məlumatın verilməməsinə görə də müvafiq cərimələr təsbit olunur.Diqqətə çatdırılıb ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə isə insan orqanlarının və toxumalarının, həmçinin donor orqanlarının alqı-satqısına dair, habelə şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetməyə görə nəzərdə tutulan cəza növləri öz əksini tapıb.Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.Həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, müvafiq qurumun təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək.Dəyişikliklər səsə qoyularaq ilk oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220520/azerbaycan-orqanlarin-transplantasiyasi-sahesinde-turkiye-ile-emekdasliq-edecek--442072047.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42038/08/420380894_168:0:2899:2048_1920x0_80_0_0_476d74cfb7f49052c254b4aa9148535a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
orqan, donor, azərbaycan
Qanunla qadağan olunan şəxslərdən donor orqanının götürülməsinə görə cəza tətbiq ediləcək
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə insan orqanlarının və toxumalarının, donor orqanlarının alqı-satqısına dair cəza növləri öz əksini tapıb.
BAKI, 21 may-Sputnik. Milli Məclisin iclasında Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Məlumat verilib ki, 20 oktyabr 2020-ci il tarixdə Milli Məclis tərəfindən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qəbul edilib.
Həmin qanunla müəyyən edilmiş münasibətlərin pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrinə müəyyən dəyişikliklər təklif edilib.
Belə ki, İnzibati Xətalar Məcəlləsinə insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə edilir.
Həmin maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin orqanın təsdiq etdiyi siyahıda olmayan tibb müəssisələri və digər şəxslər donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün cərimələr müəyyən edilir.
Əlavədə, həmçinin orqan donorluğu və transplantasiya zamanı anonimliyin qorunmamasına görə, canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəliklər barədə məlumatın verilməməsinə görə də müvafiq cərimələr təsbit olunur.
Diqqətə çatdırılıb ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə isə insan orqanlarının və toxumalarının, həmçinin donor orqanlarının alqı-satqısına dair, habelə şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetməyə görə nəzərdə tutulan cəza növləri öz əksini tapıb.
Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, müvafiq qurumun təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək.
Dəyişikliklər səsə qoyularaq ilk oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.