Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəbdaxili rəqəmsal qiymətləndirmə necə aparılacaq - Təhsil Nazirliyinin müraciəti

© Sputnik / Murad OrujovRəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi" təşkil olunub
Rəfael Hüseynov adına 49 №li İntellekt məktəb-liseydə Yay məktəbi təşkil olunub - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
Nazirlik məktəblərdə yenidən qiymətləndirilmə keçiriləcəyi barədə məlumat yayıb.
BAKI, 27 may — Sputnik. Təhsil Nazirliyi tərəfindən ölkədə yerləşən bütün dövlət ümumi təhsil müəssisələrinə məktəbdaxili qiymətləndirmələrin rəqəmsal formada təşkilinə dair müvafiq tövsiyələr verilib.
Nazirlikdən verilən xəbərə görə, bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin 146-4 "Qaynar xətt" xidməti ümumtəhsil məktəblərindən daxil olan müraciətlərin cavablandırılması üçün fəaliyyət göstərəcək.
Belə ki, proses zamanı hər hansı çətinliklə üzləşildiyi hallarda qeyd edilən "Qaynar xətt" xidmətə müraciət edilə bilər.
İnternet bağlantısının kəsilməsi, proqram təminatında və kompüter avadanlıqlarında yaranmış problemlər, eləcə də təhsilalanların istifadəçi adı və şifrəsinin bərpasında ortaya çıxa biləcək proqnozlaşdırılmamış hallarla bağlı xidmət tərəfindən operativ dəstək göstəriləcək.
Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə təhsilalanların nailiyyətlərinin kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edilərək qiymətləndirilməsidir.
Texniki təminat və internet olmadığı təqdirdə ümumi təhsil müəssisələrində summativ qiymətləndirmələr ənənəvi formada (kağız üzərində) təşkil olunmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0