CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kolbasa və sosiska alarkən ehtiyatlı olun! - AQTA yenə nöqsanlar aşkarladı

© Sputnik / Vitaly AnkovKolbasa məhsulları, arxiv şəkli
Kolbasa məhsulları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
Agentlikdən verilən məlumata görə, aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
BAKI, 27 may — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Əliyev küçəsi 24/10, məhəllə 526/3 ünvanında fəaliyyət göstərən, "Delikat" MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunub.
© The Food Safety Agency of the Republic of AzerbaijanAQTA-nın laboratoriyası, arxiv şəkli
AQTA-nın laboratoriyası - Sputnik Azərbaycan, 1920, 27.05.2022
AQTA-nın laboratoriyası, arxiv şəkli
Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllığa və mal qonşuluğu prinsipinə riayət olunmadığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, məhsulların markalanmasında istifadə olunan etiket məlumatlarının reseptura ilə uyğunsuzluq təşkil etdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib.
Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müayinələrin aparılması üçün istehsal olunmuş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0