CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq

© Depositphotos.com / Barbacaneədv
ədv - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
Ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğlərinin Maliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumat əsasında qeydə alınması nəzərdə tutulur.
BAKI, 21 may - Sputnik. Milli Məclisdə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, qanunun preambulasına və doqquz maddəsinə ümumilikdə 53 dəyişiklik təklif olunub. O, dəyişikliklərin qanunun təkmilləşdirilməsinə yönəldiyini söyləyərək bildirib ki, qanunun preambulasına edilən dəyişiklik onun tətbiq sahəsini xeyli genişləndirir və Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkəmizdə çalışan və sığorta olunan şəxslərin sığorta uçotuna alınmasına və sığortaya cəlb olunmasına geniş imkan yaradır.
© Sputnik / Murad OrujovMillət vəkili Musa Quliyev
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Millət vəkili Musa Quliyev
M.Quliyev bildirib ki, qanuna təklif olunan dəyişikliklər bir neçə zərurətdən irəli gəlib:
"Sənəddə “Sığorta haqqında” qanuna edilən dəyişikliklərlə əlaqədar təkmilləşdirmə xarakterli düzəlişlər, habelə məlumat mənbələrinin genişləndirilməsi, elektron resurslar üzərindən əməliyyatların aparılmasına imkan verən bazanın yaradılması və bəzi dəqiqləşdirmə xarakterli əlavə və dəyişikliklər nəzərdə tutulub".
Layihədə qanunda istifadə olunan anlayışların açıqlanması, “fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” anlayışının “sığortaçı” anlayışı ilə əvəz edilməsi nəzərdə tutulub. Yeni redaksiyada verilən 4-cü maddədə fərdi uçotun sığortaçı tərəfindən elektron qaydada aparılması, bu sahədə elektron xidmətlərin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi, xidmətin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin fərdi uçotunun müəyyən edilmiş qaydada aparılması və digər məsələlər əks olunub.
Sənəddə sığortaolunanın fərdi şəxsi hesabına daxil edilən məlumatlar sırasına fərdi identifikasiya nömrəsinin (FİN), xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumatın əlavə edilməsi təklif olunur.
Həmçinin, qeyd edilir ki, sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən, sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsindən imtina olunması üçün əsas deyil.
Qanunda nəzərdə tutulan digər düzəlişlərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğlərinin Maliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumat əsasında qeydə alınması nəzərdə tutulur.
Bununla yanaşı, sığortaolunanın özü haqda məlumatları elektron sistemdən əldə edə bilməsi, fərdi hesabda əks olunmuş məlumatlarla razılaşmadıqda, həmçinin məlumatlarda dəyişiklik baş verdikdə sığortaçı və sığortaedənə müraciət etmək hüququnun dəqiqləşdirilməsi təklif edilir.
Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.
Qanunun hazırkı 4.1-ci bəndi belədir: "Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0