SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əvvəl-axır sərhədlər, nəqliyyat dəhlizləri açılmalıdır - Stanislav Pritçin

© Sputnik / Murad OrujovStanislav Pritçin
Stanislav Pritçin - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
Ekspertin fikrincə, Ermənistanın daxilində müqavimət və baş nazir Nikol Paşinyana qarşı işləyən siyasi qüvvələr var.
BAKI, 27 may — Sputnik. Ermənistanın Azərbaycanla danışıqlar üzrə mövqeyinin dəyişməsi get-gedə daha aydın görünür. Bunu siyası ekspert Stanislav Pritçin xüsusi olaraq @SputnikAz-a Azərbaycan-Ermənistan münasibətlərini şərh edərkən bildirib.
Ekspert bildirib ki, düzdür proses ağır gedir, lakin Ermənistanın daxilində müqavimət və baş nazir Nikol Paşinyana qarşı işləyən siyasi qüvvələr var.
Onun fikrincə, obyektiv reallıq elədir ki, əvvəl-axır sərhədlər, nəqliyyat dəhlizləri açılmalıdır, çünki məğlub olasan və üstəlik müharibənin bitməsindən müsbət heç bir şey əldə etməmək, irəli getməmək heç də praqmatik yanaşma deyil:
"Paşinyan bunu anlayır. Özü və Ermənistan üçün xeyirli olan gündəliklə tədricən irəliləyir. Yerevandan fərqli olaraq Bakı Ermənistanla dövlətlərarası sərhədlərin və dəhlizlərin açılmasından dərhal sonra ilk növbədə Naxçıvanla quru yolu ilə əlaqə əldə etmək üçün artıq fəal şəkildə öz daxili infrastrukturunu buna hazırlayır. Beləliklə, bütün bəyan edilmiş nəqliyyat dəhlizləri və sərhədlər açılarsa, Azərbaycanın Rusiya və Ermənistan üçün tranzit ölkəyə çevrilmək imkanı yaranacaq. Bundan isə Bakı ancaq qazanacaq".
Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0