https://sputnik.az/20220527/daxili-qosunlarin-herbi-qulluqcusu-agdamda-minaya-dusub-442298702.html
Daha bir hərbçimiz Ağdamda minaya düşüb
Daha bir hərbçimiz Ağdamda minaya düşüb
Sputnik Azərbaycan
DİN-dən bildirilib ki, hərbi qulluqçu Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən... 27.05.2022, Sputnik Azərbaycan
2022-05-27T16:02+0400
2022-05-27T16:02+0400
2022-05-27T16:03+0400
hadisə
mina
daxili qoşunlar
amputasiya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442077391_0:84:889:584_1920x0_80_0_0_42e3c41e69ca0194156a3486643d0815.jpg
BAKI, 27 may — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, nazirliyin Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.Hazırda vəziyyəti stabildir.Xatırladaq ki, bir müddət öncə Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442077391_0:0:889:667_1920x0_80_0_0_a78dacbb786730e6f4e37039ef273ae2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mina, daxili qoşunlar, amputasiya
mina, daxili qoşunlar, amputasiya
Daha bir hərbçimiz Ağdamda minaya düşüb
16:02 27.05.2022 (Yenilənib: 16:03 27.05.2022) DİN-dən bildirilib ki, hərbi qulluqçu Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.
BAKI, 27 may — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, nazirliyin Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.
O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.
Hazırda vəziyyəti stabildir.
Xatırladaq ki, bir müddət öncə Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.