Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah hava daha xoş olacaq

Bakı  - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq
BAKI, 26 may — Sputnik. Mayın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-24° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
“Anatolian Phoenix-2022” beynəlxalq təlimində tapşırıqlar uğurla icra olunub  - Sputnik Azərbaycan, 1920, 26.05.2022
HƏRBİ
Hərbi Hava Qüvvələrimiz beynəlxalq təlimdə iştirak edib - FOTO - VİDEO
Xəbər lenti
0