Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Palçıq vulkanlarına gedən yeni yol inşa edilib - VİDEO

© Photo : Azerbaijan Highway State AgencyAvtomobil yolu
Avtomobil yolu - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, layihənin sonuncu mərhələsində isə yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılıb.
BAKI, 26 may — Sputnik. Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri yekunlaşdırılıb. Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, görülən işlər çərçivəsində yolboyu torpaq yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib. Daha sonra yola 2 laydan ibarət 7 sm qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri icra olunub.
Bərabər olaraq hərəkətin normal təşkili üçün yolboyu yol nişanları, siqnal dirəkləri quraşdırılıb. Layihənin sonuncu mərhələsində isə yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılıb.
Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə inşa edilən yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən inşa olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0