SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Zəngilanı park şəhərinə çevirməliyik

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.
BAKI, 26 may — Sputnik. "Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Baş planın təqdimatından sonra “sa_partners” şirkətinin nümayəndələri ilə söhbətində deyib.
"Bilirsiniz ki, çoxlu ideyalar, təkliflər olur. Lakin yekdil qərarla sizin konsepsiya ən yaxşı kimi qəbul olundu. Mən belə hesab edirəm ki, o, təbiətə yaxşı inteqrasiya edilib. Xüsusilə, burada, Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik. Küçə boyu gəzərkən insanlar sanki özlərini parkda hesab etsinlər. Bəli, parkda, təbiətdə. Yaşayış binalarının konsepsiyası da yüksəkmərtəbəli olmayan, şəffaf, çox gözəl olmalıdır", - dövlət başçısı bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva bu gün Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.
Dövlət başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olublar - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olublar
Qeyd edək ki, hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Onlar həmçinin Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna gəldilər.
Dövlət başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
© Official website of President of Azerbaijan Republic

Prezident İlham Əliyev, birinci xanım Mehriban ƏliyevaFüzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər

Prezident İlham Əliyev, birinci xanım Mehriban ƏliyevaFüzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər - Sputnik Azərbaycan
1/6

2/6

3/6

4/6

5/6

6/6

Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub.
Xatırladaq ki, bundan öncə, mayın 10-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərində yeni yaradılacaq parkda ağac əkiblər. Ölkə başçısı və birinci xanım Mehriban Əliyeva 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0