Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Manat qonşu ölkələrin valyutaları qarşısında bahalaşıb

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
I rübdə Mərkəzi Bankda 23 valyuta hərracı keçirilib. Tədiyə balansının profisiti valyuta bazarına müsbət təsir göstərib.
BAKI, 26 may — Sputnik. 2022-ci ilin I rübündə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Rüb ərzində tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir edib. Bu da qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilib.
Profisitli tədiyə balansı
Valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənir. Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın müxtəlif seqmentlərində əsasən artım istiqamətində dəyişib.
I rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 25.8% artaraq 7.4 mlrd. ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86.9%-i ABŞ dollarında, 13.1%-i isə digər valyutalarda aparılıb.
Nağd xarici valyutanın satışı artıb
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin I rübünə nəzərən 12.5% artaraq 1.2 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 89.7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması şəraitində ümumi iqtisadi aktivliyin artması ilə nağd xarici valyutanın xalis satışı ötən ilin müvafiq dövrünə nəzərən 66.2% artıb.
I rübdə Mərkəzi Bankda 23 valyuta hərracı keçirilib
Rüb ərzində Mərkəzi Bankda Dövlət Neft Fondunun (ARDNF) valyuta vəsaitlərinin satışları üzrə hərracların təşkili davam etdirilib. I rübdə Mərkəzi Bankda ümumilikdə 23 valyuta hərracı keçirilib. Neftin dünya bazarında qiymətinin yüksəlməkdə davam etməsi nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarına əlavə sabitləşdirici təsir göstərib.
Manat bahalaşıb
Rüb ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənmə istiqamətində dəyişib. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, Rusiya rubluna, İngiltərə funtsterlinqinə, Qazax tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına və Gürcüstan larisinə qarşı bahalaşıb, Çin yuanı və Cənubi Koreya vonuna qarşı ucuzlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0