https://sputnik.az/20220526/koreya-hokumeti-azerbaycandaki-kehrizlerin-berpasi-ucun-pul-ayirib-442256132.html
Koreya hökuməti Azərbaycandakı kəhrizlərin bərpası üçün pul ayırıb
Koreya hökuməti Azərbaycandakı kəhrizlərin bərpası üçün pul ayırıb
Sputnik Azərbaycan
Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası planlaşdırılır. 26.05.2022, Sputnik Azərbaycan
2022-05-26T12:13+0400
2022-05-26T12:13+0400
2022-05-26T12:13+0400
azərbaycan
cəmiyyət
koreya
https://cdnn1.img.sputnik.az/img/41917/54/419175447_0:100:1921:1180_1920x0_80_0_0_0405f861fca652f6caa4cc327506cdd6.jpg
BAKI, 26 may — Sputnik. Koreya hökuməti Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1,2 milyon dollar vəsait ayırıb.Bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun deyib.O bildirib ki, adıçəkilən layihə tamamlandıqdan sonra 8 000 məcburi köçkünün öz yurd-yuvalarında təmiz su ilə təmin olunacağına ümid edirlər.Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bildiib ki, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.Xatırladaq ki, 1999-cu ildən Beynəlxalq Miqrasiya Təşkilatı müxtəlif donor təşkilatları ilə birgə Azərbaycandakı kəhrizlərin bərpası ilə bağlı layihə hayat keçirib. Bu günədək ümumilikdə kəhrizlərin bərpası ilə əlaqədar 10 layihə icra edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41917/54/419175447_106:0:1813:1280_1920x0_80_0_0_72a5066013d194581e753f7243019005.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, koreya
Koreya hökuməti Azərbaycandakı kəhrizlərin bərpası üçün pul ayırıb
Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası planlaşdırılır.
BAKI, 26 may — Sputnik. Koreya hökuməti Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1,2 milyon dollar vəsait ayırıb.
Bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun deyib.
O bildirib ki, adıçəkilən layihə tamamlandıqdan sonra 8 000 məcburi köçkünün öz yurd-yuvalarında təmiz su ilə təmin olunacağına ümid edirlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bildiib ki, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.
Xatırladaq ki, 1999-cu ildən Beynəlxalq Miqrasiya Təşkilatı müxtəlif donor təşkilatları ilə birgə Azərbaycandakı kəhrizlərin bərpası ilə bağlı layihə hayat keçirib. Bu günədək ümumilikdə kəhrizlərin bərpası ilə əlaqədar 10 layihə icra edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.