https://sputnik.az/20220526/ermenistan-mn-azerbaycan-herbcimizi-qaytarib-442265101.html
Ermənistan MN: Azərbaycan hərbçimizi qaytarıb
Ermənistan MN: Azərbaycan hərbçimizi qaytarıb
Sputnik Azərbaycan
Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, əsgər Eduard Martirosov aprelin 23-də Ermənistan sərhədini keçərək Azərbaycan tərəfinə daxil olmuşdu. 26.05.2022, Sputnik Azərbaycan
2022-05-26T14:37+0400
2022-05-26T14:37+0400
2022-05-26T14:43+0400
siyasət
ermənistan
erməni hərbçi
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425305671_0:160:3073:1888_1920x0_80_0_0_643e1b9287b6865cf140a6fc0a5f272c.jpg
BAKI, 26 may — Sputnik. Azərbaycanda saxlanılmış əsgər Eduard Martirosov Ermənistan tərəfinə qaytarılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb."Mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılığa əsasən, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə mayın 26-da əsgər Eduard Martirosovun vasitəçiliyi ilə aprelin 23-də Ermənistan sərhədini keçərək Azərbaycan tərəfinə daxil olmuş hərbi qulluqçu geri qaytarılıb", - deyə məlumatda bildirilir.Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Martirosov aprelin 23-də hərbi hissədən hərbi posta gedərkən onunla əlaqə itib. Sonradan məlum olub ki, erməni əsgər elə həmin gün naməlum şəraitdə sərhədi keçərək Azərbaycan tərəfinə keçib.Qeyd edək ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425305671_170:0:2901:2048_1920x0_80_0_0_5a80c825220cb29179fef736f51bb699.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, erməni hərbçi
ermənistan, erməni hərbçi
Ermənistan MN: Azərbaycan hərbçimizi qaytarıb
14:37 26.05.2022 (Yenilənib: 14:43 26.05.2022) Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, əsgər Eduard Martirosov aprelin 23-də Ermənistan sərhədini keçərək Azərbaycan tərəfinə daxil olmuşdu.
BAKI, 26 may — Sputnik. Azərbaycanda saxlanılmış əsgər Eduard Martirosov Ermənistan tərəfinə qaytarılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılığa əsasən, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə mayın 26-da əsgər Eduard Martirosovun vasitəçiliyi ilə aprelin 23-də Ermənistan sərhədini keçərək Azərbaycan tərəfinə daxil olmuş hərbi qulluqçu geri qaytarılıb", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Martirosov aprelin 23-də hərbi hissədən hərbi posta gedərkən onunla əlaqə itib. Sonradan məlum olub ki, erməni əsgər elə həmin gün naməlum şəraitdə sərhədi keçərək Azərbaycan tərəfinə keçib.
Qeyd edək ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.
Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.
Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.