DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğanla Makron telefonla danışıb

© Presidential Press Service via AP, Pool ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron, arxiv şəkli
 ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
Liderlərin telefon danışığında Ukraynadakı vəziyyət, həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması müzakirə edilib.
BAKI, 26 may — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Prezidentlərin telefon danışığında Ukraynadakı vəziyyət, həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması müzakirə edilib.
Qeyd olunur ki, Ərdoğan Makrona Stokholm və Helsinkinin Türkiyədə qadağan olunmuş PKK ilə əlaqəli şəxslər və ya qurumlarla əlaqələrinin NATO-nun ruhuna zidd olduğunu deyib.
Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda NATO-nun baş katibi Yens Stoltenberqə alyansa qoşulmaq üçün ərizə verib. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib. Türkiyə prezidenti deyib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə "hə" deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş PKK-nın nümayəndələri ilə münasibətləri barədə verdiyi vədlərə inana bilmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkənin İsveç və Finlandiya ilə bu ölkələrin terrorizmə dəstəyini dayandırması üçün konkret addım atacağı ilə bağlı yazılı razılaşmaya ehtiyacı var.
Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 25.05.2022
SİYASƏT
Çavuşoğlu: İsveç və Finlandiya terroru dəstəkləməyi dayandırmalıdır
Xəbər lenti
0