SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
Bağdad Amreyev Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edildiyini xatırladıb və orada bununla əlaqədar bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini bildirib.
BAKI, 26 may — Sputnik. Mayın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət, habelə Azərbaycanın təşkilatın işində fəal iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov Türk Dövlətləri Təşkilatının zəngin gündəliyinə istinad edib və bu xüsusda, həyata keçirilən intensiv dialoqu məmnunluqla qeyd edib. O, Türk Dövlətləri Təşkilatının çətiri altında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
B.Amreyev Azərbaycana səfərindən məmnunluqla bəhs edərək dövlət başçısı ilə keçirilən görüşün, habelə bu çərçivədə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin informasiya və yüksək texnologiyalar nazirlərinin toplantısının əhəmiyyətini vurğulayıb.
Baş katib Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edildiyini xatırladaraq bununla əlaqədar Şuşada bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini bildirib. O, həmçinin Türk Dövlətləri Təşkilatı tərəfindən Şamaxı şəhərinin 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçildiyinə istinad edib və bunun Türk Dövlətləri Təşkilatı ölkələrinin turizm sahəsində əməkdaşlığının inkişafına müsbət töhfə verəcəyini bildirib.
Eyni zamanda, görüşdə təşkilat tərəfindən növbəti aylarda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev mayın 24-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0