https://sputnik.az/20220526/ceyhun-bayramov-brussel-gorusunde-bir-sira-meselelerde-movqeler-yaxin-olub-442270225.html
Ceyhun Bayramov: "Brüssel görüşündə bir sıra məsələlərdə mövqelər yaxın olub"
Ceyhun Bayramov: "Brüssel görüşündə bir sıra məsələlərdə mövqelər yaxın olub"
Sputnik Azərbaycan
Xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətləri normallaşdırma üzrə addımlar atıb. 26.05.2022, Sputnik Azərbaycan
2022-05-26T21:02+0400
2022-05-26T21:02+0400
2022-05-26T21:02+0400
ceyhun bayramov
azərbaycan xəbərləri
xin
brüssel
görüş
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438328536_0:0:3077:1731_1920x0_80_0_0_28d6f8369d0a3efaae1cfac6f3f69f34.jpg
BAKI, 26 may — Sputnik. "Brüssel görüşünü çox faydalı və məhsuldar hesab edirik".Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib."Brüsseldə hər hansısa sənəd imzalanmasa da, çox yüksək səviyyədə bir sıra məsələlər müzakirə edilib. Bir sıra məsələlərdə mövqelər yaxın olub", - nazir vurğulayıb.Nazir qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı əldə olunmuş razılıqların icrasını təmin etməklə bağlı olub.Onun sözlərinə görə, yeni telefon danışığının tarixi təyin edilməyib, lakin telefon danışığı istisna edilmir.C.Bayramov söyləyib ki, Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətləri normallaşdırma üzrə addımlar atıb: "Azərbaycan bunun üçün sistemli addımlar atır. Ermənistandan konkret addımlar gözləyirik".Xatırladaq ki, C.Bayramovla A.Mirzoyan arasında sonuncu telefon danışığı aprelin 25-də olub.Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.
https://sputnik.az/20220523/eliyev-erdogana-zeng-edib-brussel-gorusunun-neticeleri-muzakire-olunub-442183948.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438328536_189:0:2918:2047_1920x0_80_0_0_28749e10f745866ec54d254e062660ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, xin, brüssel, görüş
ceyhun bayramov, xin, brüssel, görüş
Ceyhun Bayramov: "Brüssel görüşündə bir sıra məsələlərdə mövqelər yaxın olub"
Xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətləri normallaşdırma üzrə addımlar atıb.
BAKI, 26 may — Sputnik. "Brüssel görüşünü çox faydalı və məhsuldar hesab edirik".
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Brüsseldə hər hansısa sənəd imzalanmasa da, çox yüksək səviyyədə bir sıra məsələlər müzakirə edilib. Bir sıra məsələlərdə mövqelər yaxın olub", - nazir vurğulayıb.
Nazir qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı əldə olunmuş razılıqların icrasını təmin etməklə bağlı olub.
Onun sözlərinə görə, yeni telefon danışığının tarixi təyin edilməyib, lakin telefon danışığı istisna edilmir.
C.Bayramov söyləyib ki, Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətləri normallaşdırma üzrə addımlar atıb: "Azərbaycan bunun üçün sistemli addımlar atır. Ermənistandan konkret addımlar gözləyirik".
Xatırladaq ki, C.Bayramovla A.Mirzoyan arasında sonuncu telefon danışığı aprelin 25-də olub.
Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.