Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın taktiki döyüş uçuş simulyatoru təqdim edilib

© Photo : APAAzərbaycanın taktiki döyüş uçuş simulyatoru
Azərbaycanın taktiki döyüş uçuş simulyatoru - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
Kamran Əsgərzadə qeyd edib ki, fırlanan pilot kabinəsinə malik simulyator döyüş təlimlərinin keçirilməsində istifadə olunacaq
BAKI, 26 may — Sputnik. "Teknofest-Azərbaycan"da Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və "Deftech" şirkətinin birgə istehsalı olan yeni taktiki döyüş uçuş simulyatoru olan "Dəmir yumruq" təqdim edilib.
"Deftech" şirkətinin direktorunun texniki məsələlər üzrə müşaviri Kamran Əsgərzadənin APA-ya verdiyi məlumata görə, uçuş simulyatorunun motoru da daxil olmaqla tamamilə yerli istehsaldır: "Bunu Azərbaycan mühəndisləri hazırlayıb. Proqram təminatı ilə bağlı İsveç şirkəti ilə işləyirik. Şirkət daxilində testləri aparılıb və yaxın müddətdə sertifikat alınacaq".
O qeyd edib ki, uçuş simulyatorunu "ADEX"də tam işlək vəziyyətdə sərgilənəcək: "Simulyator ilk növbədə Azərbaycanın Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub. Daha sonra ixrac potensialını ortaya çıxaracağıq".
Şirkət rəsmisi qeyd edib ki, simulyator reallığa yaxınlaşdırılmış yüksək dəqiqliyə malikdir. Fırlanan pilot kabinəsinə malik simulyator döyüş təlimlərinin keçirilməsində istifadə olunacaq.
 Teknofest-2022 festivalı - Sputnik Azərbaycan, 1920, 26.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Hərbi təyyarəçilərimiz "TEKNOFEST-Azərbaycan"da ilk uçuşlarını icra edib
Xəbər lenti
0