https://sputnik.az/20220526/azerbaycanda-turkiyedeki-texnoparklarin-benzeri-yaradila-biler-442266275.html
Azərbaycanda Türkiyədəki texnoparkların bənzəri yaradıla bilər
Azərbaycanda Türkiyədəki texnoparkların bənzəri yaradıla bilər
Sputnik Azərbaycan
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib ki, iki ölkə arasında 4-ə yaxın sənəd imzalanacaq. 26.05.2022, Sputnik Azərbaycan
2022-05-26T15:45+0400
2022-05-26T15:45+0400
2022-05-26T15:45+0400
azərbaycan
cəmiyyət
türkiyə
https://cdnn1.img.sputnik.az/img/42124/44/421244476_0:52:2001:1177_1920x0_80_0_0_49ce47f1cd9a97a8e6001896053fec1d.jpg
BAKI, 26 may — Sputnik. Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında imzalanan birgə əməkdaşlığa dair protokola uyğun olaraq Türkiyədəki texnoparkların bənzərini Azərbaycanda qurmaq niyyətindəyik.Bunu jurnalistlərə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib. O bildirib ki, burada söhbət startapçılar üçün yaradılacaq məkandan gedir: "Bu məkanlarda startapçılar layihələrini inkişaf etdirə biləcəklər"."Bununla yanaşı, KOB-larla da müqaviləmiz olacaq", - deyə o əlavə edib.Nazir qeyd edib ki, iki ölkə arasındakı iqtisadiyyatı möhkəmləndirəcək 4-ə yaxın sənəd imzalayacaqlar.Qeyd edək ki, bu gün Bakıda "Teknofest-Azərbaycan" festivalına start verilib. Festival 29 may tarixinədək keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220526/dunya-bilsin-ki-sabah-da-azerbaycanin-yaninda-olacagiq---turk-nazir-442264567.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42124/44/421244476_180:0:1819:1229_1920x0_80_0_0_b522c316f15590b5b11abe5535e6f4a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, türkiyə
Azərbaycanda Türkiyədəki texnoparkların bənzəri yaradıla bilər
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib ki, iki ölkə arasında 4-ə yaxın sənəd imzalanacaq.
BAKI, 26 may — Sputnik. Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında imzalanan birgə əməkdaşlığa dair protokola uyğun olaraq Türkiyədəki texnoparkların bənzərini Azərbaycanda qurmaq niyyətindəyik.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib. O bildirib ki, burada söhbət startapçılar üçün yaradılacaq məkandan gedir: "Bu məkanlarda startapçılar layihələrini inkişaf etdirə biləcəklər".
"Bununla yanaşı, KOB-larla da müqaviləmiz olacaq", - deyə o əlavə edib.
Nazir qeyd edib ki, iki ölkə arasındakı iqtisadiyyatı möhkəmləndirəcək 4-ə yaxın sənəd imzalayacaqlar.
Qeyd edək ki, bu gün Bakıda "Teknofest-Azərbaycan" festivalına start verilib. Festival 29 may tarixinədək keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.