Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zob xəstəlikləri nəinki "cavanlaşıb", hətta "uşaqlaşıb" - Nazirlik

© Sputnik / Aleksandr Kondratyuk / Fotobanka keçməkHəkim uşaqdan analiz götürür, arxiv şəkli
Həkim uşaqdan analiz götürür, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Səhiyyə Nazirliyinin mütəxəssisi bildirir ki, şübhəli düyünlər xərçəng xəstəliyi qalxanabənzər vəzin əməliyyatına göstəriş ola bilər.
BAKI, 25 may — Sputnik. Qalxanabənzər vəz xəstəlikləri daha çox qadınlarda aşkarlanır. Bu xəstəlikdən əziyyət çəkən on bir xəstədən onunu qadınlar təşkil edir. Bunu Səhiyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov 25 may Ümumdünya Qalxanabənzər vəz (Tiroid) günü ilə əlaqədar təşkil olunan canlı yayımda çıxışı zamanı deyib.
O, qadlnlar arasında bu xəstəliyin geniş yayılması səbəbindən danışaraq qeyd edib ki, kişilərlə müqayisədə qadınlarda bu xəstəliyin daha çox aşkarlanma səbəbi hamiləlik dövrü ilə bağlıdır:

"Hamiləlikdə də ən çox üzərinə yük, gərginlik düşən orqanlardan biri qalxanabənzər vəzdir. Bəzən qalxanabnzər vəz zədələnir, nəticədə onun həcmi böyüyür".

Sualları cavablayan A.Hümmətov onu da deyib ki, hamiləlik dövründə TSH və T4 hormonlarının miqdarı normada olarsa, uşaqda hansısa problem aşkarlanmır. Lakin əksinə hormonlara nəzarət olmazsa, bu zaman dünyaya gələn körpədə də müəyyən əks təsirləri görmək mümkün olacaq".
© Sputnik / Антон ДенисовУльтразвуковое исследование щитовидной железы
Ультразвуковое исследование щитовидной железы - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Ультразвуковое исследование щитовидной железы
Endemik bölgələr hanılardır?
Ölkəmizin endemik bölgələrindən söz açan A.Hümmətov bildirib ki, irsi amillərlə yanaşı müəyyən bölgələrdə yod çatışmazlığının olması qalxanabənzər vəz xəstəliyinin yaranmasına səbəb olur:
"Bu bölgələrə Qəbələ, Quba-Qusar, Şəki, Qax, Zaqatala, Balakən, Lənkəran və Naxçıvan daxildir. Bizə həmin bölgələrdən daha çox müraciətlər olur".
Əməliyyata nə zaman göstəriş ola bilər?
Əməliyyata göstərişlə bağlı sualı cavablayan eskpert qeyd edib ki, xəstədə boğulma halları, şişkinlik, nəfəsalmadan problemlər varsa, düyünlər həddindən artıq böyük olarsa, yaxud da müəyyən şübhələr olarsa, xərçəng aşkarlanarsa, bu zaman o əməliyyat oluna bilər.
A.Hümmətov son illərdə bu xəstəliyin yaşının cavanlaşdığını vurğulayıb. Həkim bildirib ki, məsələn, zobun bir növü hesab edilən "Haşimoto zobu" öncələr yaşı 40-dan yuxarı olan şəxslərdə aşkarlanırdısa, hazırda 15 yaşlı yeiyetmələrdə, eləcə də 6-7 yaşlı uşaqlar arasında da yayılıb.
© Sputnik / Irade CELILOğuz rayon Mərkəzi Xəstəxanasının USM otağı
Oğuz rayon Mərkəzi Xəstəxanasının USM otağı - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Oğuz rayon Mərkəzi Xəstəxanasının USM otağı
Əsas əlamətlər hansılardır?
Qalxanabənzər vəzin funksiyasının zəifləməsinin əsas əlamətləri isə əzginlik, yorğunluq, saç tökülməsidir:
"Bu əlamətləri olan şəxslər həkimə müraciət etməlidirlər. Bundan başqa, həmin xəstələrdə D vitamini çatışmazlığı olur və qollarda, ayaqlarda ağrılar yaranır".
Kimlər yoxlanışdan keçməlidir?
Adıçəkilən xəstəliyin yayılmasında irsi əlamətlərin də böyük rol oynadığını deyən mütəxəssis tövsiyə edir ki, yaşı 35-dən yuxarı olan şəxslərə ildə bir dəfə qalxanabənzər vəz orqanını müayinədən keçirsinlər. Bundan başqa, həkim zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edir, bildirir ki, siqaret və alkaqol bu vəzin funksiyasının pozulmasında xüsusi rola malikdir.
Qeyd edək ki, bu gün dünyada təxminən 200 milyon şəxs qalxanabənzər vəz funksiyasının pozulmasından əziyyət çəkir. Yüz on ölkədə isə 1,6 milyon şəxs risk qrupuna daxildir və onların orqanizminin yod təminatına ehtiyacı var. Son açıqlanmış statistikaya görə, Azərbaycanda bir il ərzində endokrin xəstəliklərə, maddələr mübadiləsi və qidalanma pozuntularına görə ilk dəfə qoyulan diaqnoz sayı 65 mindən çox olub.
Xatırladaq ki, 2009-cu ildən 25 may Ümumdünya Qalxanabənzər vəz (Tiroid) günü olaraq qeyd olunmağa başlayıb. Azərbaycanda isə bu gün 2013-cü ildən qeyd olunur. Məqsəd bu cür xəstəliklərə qarşı diqqət və həssaslığı artırmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0