https://sputnik.az/20220525/teknofest-azerbaycan-cercivesinde-smart-qarabag-hakatonuna-start-verilib-442236159.html
“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” hakatonuna start verilib
“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” hakatonuna start verilib
Sputnik Azərbaycan
Hakatonun əsas məqsədi işğaldan azad edilmiş Azərbaycan ərazilərində "Ağıllı şəhər" həllərinin tətbiq edilməsidir 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T21:29+0400
2022-05-25T21:29+0400
2022-05-25T21:29+0400
komanda
cəmiyyət
festival
texnologiya
türkiyə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42106/60/421066085_0:205:3072:1933_1920x0_80_0_0_48a35a6618a3becc34c4733c1801d411.jpg
BAKI, 25 may — Sputnik. Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində "Smart Qarabağ" hakatonu təşkil olunur.Azərbaycan və Türkiyə təmsilçilərindən ibarət 30 komanda finalda mübarizə aparmaq hüququ qazanaraq işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası istiqamətində "Ağıllı həllər" təklif edəcəklər."AzInTelecom" MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov iştirakçıları salamlayaraq "Smart Qarabağ" Hakatonunun əhəmiyyəti barədə ətraflı məlumat verib.Elxan Əzizov bildirib ki, bu hakatonun keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazilərində "Ağıllı şəhər" həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verməkdir.Qeyd edilib ki, hakatonun finalçıları arasında 20 Azərbaycan və 10 Türkiyə komandası mübarizə aparır. Hər bir komandaya hakatonun anbarında mövcud olan avadanlıqların və proqramların spesifikasiyası təqdim olunub və fasiləsiz olaraq 50 saat davam edəcək marafona start verilib.Finalçılar iş prosesində əşyaların interneti (Internet of things), tətbiqi proqramlaşdırma interfeysi (Application Programming Interface), süni intellekt (Artificial Intelligence), bulud hesablama xidmətləri (Cloud Computing Services), idarəetmə panelləri (Dashboards), maşın öyrənməsi (Machine Learning), maşınlararası qarşılıqlı əlaqə (Machine-to-Machine Communications), "Mesh" şəbəkələr (Mesh Networks) və digər texnologiyaların üstünlüklərindən faydalanırlar.Qeyd edək ki, hakaton, ortaq fikirə sahib insanların müəyyən müddət ərzində, komanda işi halında innovativ fikirlərini kodlaşdırdıqları müsabiqələrə verilən addır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42106/60/421066085_215:0:2946:2048_1920x0_80_0_0_781dac4cf071db852d34788d74716efa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
komanda, festival, texnologiya, türkiyə, azərbaycan
komanda, festival, texnologiya, türkiyə, azərbaycan
“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” hakatonuna start verilib
Hakatonun əsas məqsədi işğaldan azad edilmiş Azərbaycan ərazilərində "Ağıllı şəhər" həllərinin tətbiq edilməsidir
BAKI, 25 may — Sputnik. Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində "Smart Qarabağ" hakatonu təşkil olunur.
Azərbaycan və Türkiyə təmsilçilərindən ibarət 30 komanda finalda mübarizə aparmaq hüququ qazanaraq işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası istiqamətində "Ağıllı həllər" təklif edəcəklər.
"AzInTelecom" MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov iştirakçıları salamlayaraq "Smart Qarabağ" Hakatonunun əhəmiyyəti barədə ətraflı məlumat verib.
Elxan Əzizov bildirib ki, bu hakatonun keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazilərində "Ağıllı şəhər" həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verməkdir.
Qeyd edilib ki, hakatonun finalçıları arasında 20 Azərbaycan və 10 Türkiyə komandası mübarizə aparır. Hər bir komandaya hakatonun anbarında mövcud olan avadanlıqların və proqramların spesifikasiyası təqdim olunub və fasiləsiz olaraq 50 saat davam edəcək marafona start verilib.
Finalçılar iş prosesində əşyaların interneti (Internet of things), tətbiqi proqramlaşdırma interfeysi (Application Programming Interface), süni intellekt (Artificial Intelligence), bulud hesablama xidmətləri (Cloud Computing Services), idarəetmə panelləri (Dashboards), maşın öyrənməsi (Machine Learning), maşınlararası qarşılıqlı əlaqə (Machine-to-Machine Communications), "Mesh" şəbəkələr (Mesh Networks) və digər texnologiyaların üstünlüklərindən faydalanırlar.
Qeyd edək ki, hakaton, ortaq fikirə sahib insanların müəyyən müddət ərzində, komanda işi halında innovativ fikirlərini kodlaşdırdıqları müsabiqələrə verilən addır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.