https://sputnik.az/20220525/rusiya-mdb-olkeleri-vetendaslarinin-pensiya-teminati-ile-bagli-sazisden-cixir-442233874.html
Rusiya MDB ölkələri vətəndaşlarının pensiya təminatı ilə bağlı sazişdən çıxır
Rusiya MDB ölkələri vətəndaşlarının pensiya təminatı ilə bağlı sazişdən çıxır
Sputnik Azərbaycan
Sazişin üzvü olan ölkələrin hər biri ilə yeni müqavilələr imzalanacaq. 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T23:03+0400
2022-05-25T23:03+0400
2022-05-25T23:03+0400
rusiya
mdb
pensiya
saziş
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424539499_0:0:3069:1727_1920x0_80_0_0_f12900b734bfc822cd4bc77f1c64bd83.jpg
BAKI, 25 may — Sputnik. Rusiyanın MDB ölkələri vətəndaşlarının pensiya təminatı ilə bağlı sazişdən çıxması indiyədək təyin olunmuş pensiyaların ödənilməsinə təsir göstərməyəcək.Bu barədə Rusiya hökuməti özünün "Telegram" kanalında məlumat verib.Rusiya MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin üzvü olan ölkələrin hər biri ilə yeni müqavilələr imzalayacaq. Ölkə sazişdən 2023-cü il yanvarın 1-dən çıxacaq.Rusiya hökuməti sazişin ləğv edilməsi ilə ölkənin Pensiya Fondunun 2023-2025-ci illərdə 18 milyard rubla yaxın vəsaitə qənaət edəcəyini bildirib.Qeyd edək ki, MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin iştirakçıları Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistandır.Azərbaycan ilə Rusiya arasında bu sahədə ikitərəfli saziş mövcuddur. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə" bu ilin aprelində Azərbaycan-Rusiya İqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində imzalanıb.Sənədi hər iki ölkənin baş nazirlərinin müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.Xatırladaq ki, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə" iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir.Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424539499_0:0:2731:2048_1920x0_80_0_0_bf4bbe0da5701dca590a7b29f430d703.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rusiya, mdb, pensiya, saziş
rusiya, mdb, pensiya, saziş
Rusiya MDB ölkələri vətəndaşlarının pensiya təminatı ilə bağlı sazişdən çıxır
Sazişin üzvü olan ölkələrin hər biri ilə yeni müqavilələr imzalanacaq.
BAKI, 25 may — Sputnik. Rusiyanın MDB ölkələri vətəndaşlarının pensiya təminatı ilə bağlı sazişdən çıxması indiyədək təyin olunmuş pensiyaların ödənilməsinə təsir göstərməyəcək.
Bu barədə Rusiya hökuməti özünün "Telegram" kanalında məlumat verib.
Rusiya MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin üzvü olan ölkələrin hər biri ilə yeni müqavilələr imzalayacaq. Ölkə sazişdən 2023-cü il yanvarın 1-dən çıxacaq.
Rusiya hökuməti sazişin ləğv edilməsi ilə ölkənin Pensiya Fondunun 2023-2025-ci illərdə 18 milyard rubla yaxın vəsaitə qənaət edəcəyini bildirib.
Qeyd edək ki, MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin iştirakçıları Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistandır.
Azərbaycan ilə Rusiya arasında bu sahədə ikitərəfli saziş mövcuddur. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə" bu ilin aprelində Azərbaycan-Rusiya İqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində imzalanıb.
Sənədi hər iki ölkənin baş nazirlərinin müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Xatırladaq ki, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə" iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir.
Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.