Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hər mahnısı hitə çevrilən "Karvan" qrupunun konserti baş tutub - FOTO

© Photo : Courtesy of Arzu Rzasoy"Karvan" qrupunun konserti
Karvan qrupunun konserti - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
Ötən gün baş tutan konsertdə onların əfsanəvi mahnıları səslənib. Dünənki konserti qaçıranlar bu gün də gedib izləyə bilərlər.
BAKI, 25 may — Sputnik. Bu gün Bakıda 30 ildən sonra "Karvan" qrupunun "Əfsanə qayıdır" adlı konsert proqramı baş tutub. "Karvan" qrupu sevilən ifaları ilə illər sonra izləyicilərin qarşısında çıxış edib.
Otuz ildən sonra baş tutan konsertdə qrupun "Qara gözlər", "Tufanla oynama", "Sarı güllər", "Polismen" və s. mahnıları ifa olunub. Gecədə Yevqeniy Baxtini "Avroviziya" qalibi Eldar Qasımov, mərhum Sevil Hacıyevanı isə "Azərbaycanın səsi" müsabiqəsindən tanınan Emiliya Yaqubova əvəzləyib.
Müğənni İlqar Xəyal və digər solistlər gecədə bir çox məşhur mahnılar səsləndiriblər. Konsert proqramı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Qeyd edək ki, kosert bu gün də davam edəcək.
Məlumat üçün kbildirək ki, qrup 1984 –1993-cü illərdə fəaliyyət göstərib. Pop musiqi qrupu 1984-cü ildə Sevinc Kərimova tərəfindən Bakıda yaradılıb. S. Kərimova qrupun direktoru, eyni zamanda rejissoru idi. O, həm də Azərbaycan Televiziyasında ilk klip çəkən rejissor kimi tanınmışdı.
O illərdə Azərbaycandakı siyasi vəziyyət və Qarabağ müharibəsi bu qrupa da öz təsirini göstərir. 1993-cü ildə rəsmi olaraq dağılmasına gətirib çıxarır. Bu hadisələr qrupun üzvlərinə də öz təsirini göstərir. İlqar Xəyal qrup dağıldıqdan sonra 4 il səhnəyə çıxmır, digər üzvlər də uzun müddət işsiz qalır. Firuz İsmayılov və Mikayıl Vəkilov fəaliyyətini Türkiyə və ABŞ-da davam etdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0