https://sputnik.az/20220525/emek-muqavileleri-elektron-qaydada-baglanacaq-442225729.html
Əmək müqavilələri elektron qaydada bağlanacaq
Əmək müqavilələri elektron qaydada bağlanacaq
Sputnik Azərbaycan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni "Əmək və Məşğulluq" altsistemi istifadəyə verilib. 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T13:41+0400
2022-05-25T13:41+0400
2022-05-25T13:58+0400
cəmiyyət
əmək müqaviləsi
https://cdnn1.img.sputnik.az/img/41543/67/415436727_0:100:1920:1180_1920x0_80_0_0_783f35a672c4f915c675ca6dc420e1c5.jpg
BAKI, 25 may — Sputnik. "Əmək və Məşğulluq" altsisteminin istifadəyə verilməsi əmək münasibətlərində köklü dəyişikliklərə səbəb olacaq.Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Əmək və Məşğulluq" mövzusunda keçirilən görüşdə deyib.O bildirib ki, yeni altsisteminin tətbiqi əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaq və ölkəmizdə bu sahə üzrə ciddi dəstək mexanizmi formalaşdırılır."Sözügedən altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, elektron qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçirilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçidi təmin olunur. Həmçinin bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq", - deyə icraçı direktor qeyd edib.İşəgötürənlər üçün "Əmək və Məşğulluq" altsistemi ilə bağlı təlimlərə başlanıbXatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni "Əmək və Məşğulluq" altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə əlaqədar altsistemdən istifadə prosedurlarına dair işəgötürənlər üçün təlimlərə başlanıb.İlk təlim Azərbaycan Dövlət Neft Şirkəti və onun tabeli qurumlarının insan resursları sahəsində çalışan əməkdaşları üçün təşkil edilib.Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri ƏMAS-ın funksional imkanları, onun işəgötürənlər üçün faydaları barədə məlumatlar veriblər.Altsistemdən istifadə qaydaları, əmək müqaviləsinin e-formada bağlanması və s. ilə bağlı prosedurlar əyani şəkildə nümayiş olunub.Qeyd edilib ki, bu platforma ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidinə imkan verir.Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41543/67/415436727_108:0:1813:1279_1920x0_80_0_0_9ef9617396196d33acb2ed49d042b3b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əmək müqaviləsi
Əmək müqavilələri elektron qaydada bağlanacaq
13:41 25.05.2022 (Yenilənib: 13:58 25.05.2022) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni "Əmək və Məşğulluq" altsistemi istifadəyə verilib.
BAKI, 25 may — Sputnik. "Əmək və Məşğulluq" altsisteminin istifadəyə verilməsi əmək münasibətlərində köklü dəyişikliklərə səbəb olacaq.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Əmək və Məşğulluq" mövzusunda keçirilən görüşdə deyib.
O bildirib ki, yeni altsisteminin tətbiqi əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaq və ölkəmizdə bu sahə üzrə ciddi dəstək mexanizmi formalaşdırılır.
"Sözügedən altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, elektron qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçirilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçidi təmin olunur. Həmçinin bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq", - deyə icraçı direktor qeyd edib.
İşəgötürənlər üçün "Əmək və Məşğulluq" altsistemi ilə bağlı təlimlərə başlanıb
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni "Əmək və Məşğulluq" altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə əlaqədar altsistemdən istifadə prosedurlarına dair işəgötürənlər üçün təlimlərə başlanıb.
İlk təlim Azərbaycan Dövlət Neft Şirkəti və onun tabeli qurumlarının insan resursları sahəsində çalışan əməkdaşları üçün təşkil edilib.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri ƏMAS-ın funksional imkanları, onun işəgötürənlər üçün faydaları barədə məlumatlar veriblər.
Altsistemdən istifadə qaydaları, əmək müqaviləsinin e-formada bağlanması və s. ilə bağlı prosedurlar əyani şəkildə nümayiş olunub.
Qeyd edilib ki, bu platforma ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidinə imkan verir.
Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.