https://sputnik.az/20220525/dovlet-kreditlerin-asagi-faizle-verilmesi-ucun-mudaxile-edecek-442236634.html
Dövlət kreditlərin aşağı faizlə verilməsi üçün müdaxilə edəcək
Dövlət kreditlərin aşağı faizlə verilməsi üçün müdaxilə edəcək
Sputnik Azərbaycan
İqtisadiyyat nazirinin müavini bununla bağlı yeni mexanizmin tətbiqinə dair təkliflərin təsdiq edildiyini açıqlayıb. 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T20:51+0400
2022-05-25T20:51+0400
2022-05-25T21:05+0400
kredit
iqtisadiyyat
faiz
müdaxilə
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 25 may — Sputnik. Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq proqramlaşdırma işi gedir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.Sevinc Həsənova bildirib ki, bu, inflyasiya ilə əlaqədar xüsusi proqramdır:"Nazirlər Kabineti tərəfindən fevral ayında antiinflyasiya tədbirləri ilə bağlı sərəncam imzalanıb. Burada bəzi məsələlər artıq öz həllini tapır. Kredit faizləri ilə bağlı məsələlər bu qəbildəndir. Bank sektoru iqtisadi inkişafa öz təsirini göstərməlidir. Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxilə edəcək. Yeni mexanizm tətbiqi ilə bağlı təkliflər vermişik və artıq təsdiq olunub. Kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə kredit verilməsinə dövlət dəstək olacaq. Güman edirik ki, bu bizim antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək".APA-nın məlumatına görə, nazir müavini qeyd edib ki, ərzaq məhsulları idxal edənlərə subsidiyalarla güzəştli kreditlərin verilməsi mexanizmləri hazırlanır.O bildirib ki, biz artıq 3 istiqamət üzrə ssenari hazırlamışıq. İqtisadiyyat Nazirliyinin hazırladığı bu ssenarilər Milli Məclisə təqdim edilmir, Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə təqdim olunur:"Həm neftin qiyməti, həm iqtisadi artımlar, həm inflyasiya, həm də xarici şoklar üzrə ssenarilər hazırdır. Azad olunmuş ərazilərin iqtisadiyyata təsiri də bu sıradadır. Bu təsirləri bu az müddətdə real qiymətləndirmək çətindir. Biz iki ay ərzində bunun üzərində işləmişik".Qeyd edək ki, mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib. Müzakirələrdən sonra layihələr plenar iclasa tövsiyə edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kredit, faiz, müdaxilə
Dövlət kreditlərin aşağı faizlə verilməsi üçün müdaxilə edəcək
20:51 25.05.2022 (Yenilənib: 21:05 25.05.2022) İqtisadiyyat nazirinin müavini bununla bağlı yeni mexanizmin tətbiqinə dair təkliflərin təsdiq edildiyini açıqlayıb.
BAKI, 25 may — Sputnik. Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq proqramlaşdırma işi gedir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Sevinc Həsənova bildirib ki, bu, inflyasiya ilə əlaqədar xüsusi proqramdır:
"Nazirlər Kabineti tərəfindən fevral ayında antiinflyasiya tədbirləri ilə bağlı sərəncam imzalanıb. Burada bəzi məsələlər artıq öz həllini tapır. Kredit faizləri ilə bağlı məsələlər bu qəbildəndir. Bank sektoru iqtisadi inkişafa öz təsirini göstərməlidir. Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxilə edəcək. Yeni mexanizm tətbiqi ilə bağlı təkliflər vermişik və artıq təsdiq olunub. Kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə kredit verilməsinə dövlət dəstək olacaq. Güman edirik ki, bu bizim antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək".
APA-nın məlumatına görə, nazir müavini qeyd edib ki, ərzaq məhsulları idxal edənlərə subsidiyalarla güzəştli kreditlərin verilməsi mexanizmləri hazırlanır.
O bildirib ki, biz artıq 3 istiqamət üzrə ssenari hazırlamışıq. İqtisadiyyat Nazirliyinin hazırladığı bu ssenarilər Milli Məclisə təqdim edilmir, Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə təqdim olunur:
"Həm neftin qiyməti, həm iqtisadi artımlar, həm inflyasiya, həm də xarici şoklar üzrə ssenarilər hazırdır. Azad olunmuş ərazilərin iqtisadiyyata təsiri də bu sıradadır. Bu təsirləri bu az müddətdə real qiymətləndirmək çətindir. Biz iki ay ərzində bunun üzərində işləmişik".
Qeyd edək ki, mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib. Müzakirələrdən sonra layihələr plenar iclasa tövsiyə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.