https://sputnik.az/20220525/delimitasiya-uzre-komissiyanin-ikinci-gorusune-hazirliq-gedir-442232898.html
Delimitasiya üzrə Komissiyanın ikinci görüşünə hazırlıq gedir
Delimitasiya üzrə Komissiyanın ikinci görüşünə hazırlıq gedir
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək. 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T15:47+0400
2022-05-25T15:47+0400
2022-05-25T15:47+0400
siyasət
delimitasiya
ermənistan
moskva
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/01/425351109_0:159:3076:1889_1920x0_80_0_0_83e89b93573b8da63ea9ae5e47de345b.jpg
BAKI, 25 may — Sputnik. Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü Moskvada baş tutacaq. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.Qeyd edək ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/01/425351109_174:0:2903:2047_1920x0_80_0_0_784d60af020b5ade0d23877b138a7527.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
delimitasiya, ermənistan, moskva
delimitasiya, ermənistan, moskva
Delimitasiya üzrə Komissiyanın ikinci görüşünə hazırlıq gedir
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.
BAKI, 25 may — Sputnik. Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü Moskvada baş tutacaq. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.
Qeyd edək ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.
Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.
Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.