https://sputnik.az/20220525/belarusdan-azerbaycana-kombaynlar-getirilecek-442219992.html
Belarusdan Azərbaycana kombaynlar gətiriləcək
Belarusdan Azərbaycana kombaynlar gətiriləcək
Sputnik Azərbaycan
Hazırda Belarusun "Qomselmaş" ASC-si azərbaycanlı tərəfdaşların sifarişi ilə yeni Belarus kombaynını istehsal edir. 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T10:52+0400
2022-05-25T10:52+0400
2022-05-25T10:52+0400
belarus
iqtisadiyyat
kombayn
traktor
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0a/426189552_0:160:3073:1888_1920x0_80_0_0_3fdfee84d8f1fd7a2237694c4366a553.jpg
BAKI, 25 may — Sputnik. Belarusun "Qomselmaş" Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın Gəncə avtomobil zavodu ilə əməkdaşlığı bərpa etmək niyyətindədir.Bu barədə "Qomselmaş"-ın yaydığı məlumatda bildirilib.Qeyd edilib ki, hazırda "Qomselmaş" azərbaycanlı tərəfdaşların sifarişi ilə yeni Belarus kombaynını istehsal edir."Qomselmaş"ın satış və inkişaf üzrə direktorunun birinci müavini Dmitri Afanasyevin sözlərinə görə, söhbət ikinci dərəcəli kombayndan gedir: "İlin sonunadək biz onu Belarusda sınaqdan keçirəcəyik və gələn ildən bu kombaynlar Azərbaycana tədarük etməyi planlaşdırırıq".D. Afanasyev əlavə edib ki, razılaşmalara əsasən, Belarus tərəfi Azərbaycana ildə 50-yə yaxın texnika tədarük etməyi planlaşdırır.Azərbaycan və Belarus müəssisələri arasında sənədlər imzalanıbXatırladaq ki, ötən həftə Gəncə şəhərinə səfər edən Belarusun Baş naziri Roman Qolovçenko Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub.2006-cı ildə Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı bağlanmış ikitərəfli müqavilə əsasında Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb, müəssisədə müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb. Bu günə qədər müəssisədə 8 modeldə 12200-ə yaxın traktor, 8 modeldə müxtəlif modifikasiyalarda 3000-ə yaxın MAZ avtomobili istehsal edilib. Bu avtomobillərin yığımının 30-40 faizini yerli istehsal təşkil edir.Qonaqların diqqətinə o da çatdırılıb ki, müəssisə 2006-cı ildən başlayaraq Belarusun "Moqilyovtransmaş", "Minsk təkərli dartıcılar" zavodu, "Bobruysk" ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, "Qomselmaş", "Belkommunaş" Açıq Tipli Səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq edir. Zavodda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımı həyata keçirilir.Müəssisə ilə yaxından tanışlıqdan sonra Roman Qolovçenkonun iştirakı ilə Gəncə avtomobil zavodu və Belarus müəssisələri arasında əməkdaşlıq memorandumu və müqavilə imzalanıb. Traktorların komplektləşdiricilərinin alınması məqsədilə müqaviləni Gəncə avtomobil zavodunun direktoru B.Nəbiyev və Minsk traktor zavodunun direktoru V.Vovk imzalayıblar.Sonra Belarusun "Qomselmaş" şirkətinin direktor müavini D.Afanasyev və Gəncə avtomobil zavodunun direktoru B.Nəbiyev iki müəssisə arasında niyyət memorandumunu imzalayıblar.Onu da əlavə edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 105 milyon ABŞ dollarına yaxın olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0a/426189552_170:0:2901:2048_1920x0_80_0_0_7aafce736dae4f2fb89171f84f7f4ac3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
belarus, kombayn, traktor
belarus, kombayn, traktor
Belarusdan Azərbaycana kombaynlar gətiriləcək
Hazırda Belarusun "Qomselmaş" ASC-si azərbaycanlı tərəfdaşların sifarişi ilə yeni Belarus kombaynını istehsal edir.
BAKI, 25 may — Sputnik. Belarusun "Qomselmaş" Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın Gəncə avtomobil zavodu ilə əməkdaşlığı bərpa etmək niyyətindədir.
Bu barədə "Qomselmaş"-ın yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, hazırda "Qomselmaş" azərbaycanlı tərəfdaşların sifarişi ilə yeni Belarus kombaynını istehsal edir.
"Qomselmaş"ın satış və inkişaf üzrə direktorunun birinci müavini Dmitri Afanasyevin sözlərinə görə, söhbət ikinci dərəcəli kombayndan gedir: "İlin sonunadək biz onu Belarusda sınaqdan keçirəcəyik və gələn ildən bu kombaynlar Azərbaycana tədarük etməyi planlaşdırırıq".
D. Afanasyev əlavə edib ki, razılaşmalara əsasən, Belarus tərəfi Azərbaycana ildə 50-yə yaxın texnika tədarük etməyi planlaşdırır.
Azərbaycan və Belarus müəssisələri arasında sənədlər imzalanıb
Xatırladaq ki, ötən həftə Gəncə şəhərinə səfər edən Belarusun Baş naziri Roman Qolovçenko Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub.
2006-cı ildə Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı bağlanmış ikitərəfli müqavilə əsasında Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb, müəssisədə müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb. Bu günə qədər müəssisədə 8 modeldə 12200-ə yaxın traktor, 8 modeldə müxtəlif modifikasiyalarda 3000-ə yaxın MAZ avtomobili istehsal edilib. Bu avtomobillərin yığımının 30-40 faizini yerli istehsal təşkil edir.
Qonaqların diqqətinə o da çatdırılıb ki, müəssisə 2006-cı ildən başlayaraq Belarusun "Moqilyovtransmaş", "Minsk təkərli dartıcılar" zavodu, "Bobruysk" ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, "Qomselmaş", "Belkommunaş" Açıq Tipli Səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq edir. Zavodda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımı həyata keçirilir.
Müəssisə ilə yaxından tanışlıqdan sonra Roman Qolovçenkonun iştirakı ilə Gəncə avtomobil zavodu və Belarus müəssisələri arasında əməkdaşlıq memorandumu və müqavilə imzalanıb. Traktorların komplektləşdiricilərinin alınması məqsədilə müqaviləni Gəncə avtomobil zavodunun direktoru B.Nəbiyev və Minsk traktor zavodunun direktoru V.Vovk imzalayıblar.
Sonra Belarusun "Qomselmaş" şirkətinin direktor müavini D.Afanasyev və Gəncə avtomobil zavodunun direktoru B.Nəbiyev iki müəssisə arasında niyyət memorandumunu imzalayıblar.
Onu da əlavə edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 105 milyon ABŞ dollarına yaxın olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.